thumb|310px|right|Donor ürəyinin xəstənin döş qəfəsində yerləşdirilməsi (biatrial texnika) Ürək (köçürülməsi) transplantasiyası — xəstənin (resipiyentin) ürəyini donor ürəyi ilə əvəz etmək üçün cərrahi əməliyyat. Digər əməliyyatların mümkün olmadığı və ya son dərəcə riskli olduğu və ürək transplantasiyası olmadan gözlənilən ömür uzunluğunun aşağı olduğu ağır ürək xəstəlikləri üçün göstərilir. Bu vəziyyətdə xəstənin öz ürəyi çıxarıla (ortotopik transplantasiya) və ya saxlanıla bilər (heterotopik transplantasiya).

Dünyada hər il təxminən 3500 ürək transplantasiyası əməliyyatı həyata keçirilir. Əməliyyatdan sonrakı sağ qalma müddəti orta hesabla 15 ildir.

Ürək transplantasiyası ürək-damar xəstəliklərinin müalicəsi hesab edilmir, daha doğrusu, xəstənin həyat keyfiyyətini yaxşılaşdırmağa və uzatmağa yönəlmiş müalicədir. Tarixi thumb|right|Transplantasiya gözləyən döyünən ürək Amerikalı tibb tədqiqatçısı Saymon Fleksner ürək transplantasiyasının mümkünlüyünü ilk qeyd edənlərdən biridir. O, 1907-ci ildə “Patologiyanın tendensiyaları” adlı məqalədə, bir gün xəstə insan orqanlarını, o cümlədən damar, mədə, böyrək və ürəyi cərrahi yolla əvəz etmək mümkün olacağını bildirmişdi.May Transplant the Human Heart (.PDF), The New York Times, January 2, 1908.

Missisipi Universiteti Tibb Mərkəzindən Ceyms D. Hardi insan donor ürəyi olmadığı üçün 24 yanvar 1964-cü ildə ölmək üzrə olan Boyd Raşın sinəsinə şimpanzenin ürəyini köçürmüşdür. Bu ürək Raşın sinəsində 60-90 dəqiqə döyünür (mənbələr fərqlidir) və sonra Raş özünə gəlmədən ölür.Every Second Counts: The Race to Transplant the First Human Heart, Donald McRae, New York: Penguin (Berkley/Putnam), 2006, Ch. 7 "Mississippi Gambling", pp. 123–27. This source states the heartbeat for approximately one hour.James D. Hardy, 84, Dies; Paved Way for Transplants , Obituary, New York Times (Associated Press), Feb. 21, 2003. This source states the transplanted chimpanzee heartbeat for 90 minutes.

Hardi bir il əvvəl dünyada ilk insandan insana ağciyər transplantasiyasını həyata keçirən cərrahdır. See also in same issue.Second Wind: Oral Histories of Lung Transplant Survivors, Mary Jo Festle, Palgrave MacMillan, 2012.

İlk uğurlu insan ürəyi transplantasiyası 3 dekabr 1967-ci ildə Kristian Barnard (Cənubi Afrika) tərəfindən həyata keçirilmışdir. Əməliyyat Cənubi Afrikanın Keyptaun şəhərindəki Qrut Şur xəstəxanasında aparılıb. Avtomobil qəzasında dünyasını dəyişən 25 yaşlı Denis Darvalın ürəyi sağalmaz ürək xəstəliyindən əziyyət çəkən 55 yaşlı Lui Vaşkanskiyə köçürülmüşdür. Əməliyyatın qüsursuz aparılmasına baxmayaraq, Vaşkanski cəmi 18 gün yaşayıb və ikitərəfli pnevmoniyadan dünyasını dəyişib.

2022-ci il yanvarın 7-də 57 yaşlı Devid Bennetta Merilend Universiteti Tibb Mərkəzində geni redaktə edilmiş donuz ürəyi transplantasiyası edilən ilk insan oldu. Bennett iki ay sonra, 8 mart 2022-ci ildə Merilend Universiteti Tibb Mərkəzində vəfat etdi.

Transplantasiya edilmiş ürəklə yaşayan ömür rekordu Tony Huqhesmana məxsusdur - o, bu əməliyyatdan sonra 30 ildən çox yaşayıb və dəri xərçəngindən dünyasını dəyişib. Cərrahi texnika thumb|right|Xəstənin döş qəfəsində bikaval metodu ilə köçürülmüş ürək Hal-hazırda ürək transplantasiyası üçün bir çox variantlar hazırlanmışdır, lakin onlardan yalnız ikisi geniş istifadə olunur: biatrial (iki atrial) və daha müasir bikaval texnikaları.

Güman edilir ki, bikaval texnikasından istifadə ürək transplantasiyasından sonra xəstədə ritm və keçiricilik pozutuları riskini azalda bilər. Əks göstərişləri Mütləq əks göstərişlər

Xroniki böyrək, ağciyər və ya qaraciyər xəstəlikləri. Xəstənin sağ qalmasına təsir etmə ehtimalı varsa, aktiv xərçəng. Ürək çatışmazlığının səbəbi ilə əlaqəli olmayan həyatı təhlükəli vəziyyətlər, o cümlədən kəskin infeksiyalar və ya qırmızı qurdeşənəyi, sarkoidoz və ya amiloidoz kimi sistem xəstəlikləri. Boyun və ayaq arteriyalarının damar xəstəlikləri. Yüksək ağciyər damar müqaviməti. Nisbi əks göstərişlər

Şiddətli orqan disfunksiyası olan insulindən asılı şəkərli diabet Son zamanlarda olan tromboembolizm, məsələn, insult Şiddətli piylənmə 65 yaşdan yuxarı xəstələr (fərdi qaydada) Alkoqol, narkotiklər və ya tütün çəkmə kimi maddələrdən hədsiz istifadə (ağciyər xəstəliyi şansını artırır).Mehra MR, Canter CE, Hannan MM, Semigran MJ, Uber PA, et al. The 2016 International Society for Heart Lung Transplantation listing criteria for heart transplantation: A 10-year update. J Heart Lung Transplant. 2016 Jan. 35 (1):1–23.

Ürək transplantasiyasına ehtiyacı olan, lakin uyğun olmayan xəstələr süni ürək və ya sol mədəciyin köməkçi cihazı (Left Ventricular Assist Device - LVAD) üçün namizəd ola bilərlər. Fəsadları

Potensial ağırlaşmalara daxildir: Last Update: December 23, 2019.

Əməliyyatdan sonrakı ağırlaşmalara infeksiya, sepsis daxildir. 2011-ci ildə cərrahi əməliyyatından sonra ölüm 5-10% təşkil etmişdir. Kəskin və ya xroniki transplantın rəddi Ürəyin alloqreft vaskulopatiyası Atriyal aritmiya Lenfoproliferativ bədxassəli şiş İmmunosupressiv dərmanlar səbəbindən ikincil infeksiya riskinin artması Antitimosit qlobulinin səbəb olduğu serum xəstəliyi Tricuspid qapaq regurgitasiyası. Təkrarlanan endomiyokardial biopsiya səbəb ola bilər Qanaxma və trombozRizk J, Mehra MR. Anticoagulation management strategies in heart transplantation. Prog Cardiovasc Dis. 2020;63(3):210–18. Həmçinin bax

Süni ürək Süni qan dövranı aparatı Elektrokardiostimulyator Ədəbiyyatı

Бураковский В. И., Фролова М. А., Фальковский Г. Э. Пересадка сердца: вопросы клиники и теории. Тбилиси: Сабчота Сакартвело, 1977, — 236 с.

İstinadlar

Xarici keçidlər Standard orthotopic heart transplantation - подробное описание хирургической техники пересадки сердца с видео Впервые в мире постоянное искусственное сердце имплантировано в ватиканской больнице пациенту детского возраста Пересадка сердца Олег Мороз. Вдогонку за Барнардом. О первой в СССР пересадке сердца – 4 ноября 1968 года.

Kateqoriya:Orqan transplantasiyası Kateqoriya:Ürək