Yevlax-Xankəndi dəmiryolu — Yevlax ilə Xankəndi arasında 1978-ci ildə salınmışdır. Bu dəmiryolunu həm yük, həm də sərnişin qatarları üçün istifadə edirlər.
Tarixi Xankəndiyə gedən relslər 1942-ci ildə döşənib başa çatmışdır, amma bu yol, yəqin ki, müharibə səbəbindən rentabelli olmamış, 1960-cı illərdə bu xətt yenidən qurulmağa başlamışdır.
1962-ci ildə Bakıdan Yevlaxa gələn marşrut xətti Bərdəyə qədər uzadıldı. 1967-ci ildə isə bu bölgənin qatarla Bakıya getmək istəyən sakinləri artıq Ağdamdan yola düşə bilirdilər. 1978-ci ildə isə Bakıdan çıxan qatarın son stansiyası Xankəndi oldu.
Həmçinin bax Bərdə-Ağdam avtomobil yolu Xankəndi Dəmiryol Stansiyası “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycandakı dəmiryol xətləri Kateqoriya:Azərbaycanda dəmiryol nəqliyyatı Kateqoriya:Xankəndi Kateqoriya:Yevlax Kateqoriya:1978-ci ildə açılmış dəmiryol stansiyaları