Rejö Balint (; ) — yəhudi əsilli Macarıstan nevroloqu və psixiatrı. O, Balint sindromunu ilk müəyyən edən həkim kimi tanınır.

Həyatı Rejö Balint 22 oktyabr 1874-cü ildə Budapeştdə məskunlaşan alman-yəhudi ailəsində anadan olmuşdur. Rejö Balintin tibb institutunda oxuduğu müddətdə nəşr olunan ilk əsərləri hemiplegiyada əzələ atrofiyası hallarının öyrənilməsinə həsr olunmuşdu. O, daha sonra dorsal tabları və epilepsiyanın müalicəsini öyrənmişdir. Balint 1897-ci ildə Tibb İnstitutunu bitirmişdir.

Balint 1910-cu ildə ali təhsil almış, 1914-cü ildə qeyri-adi professor, 1917-ci ildə isə tam professor olmuşdur. O, 1929-cu ildə 54 yaşında qalxanabənzər vəzi xərçəngindən vəfat etmişdir.

İstinadlar