250px|thumb|Kürdü geyim tipinə nümunə. Şuşa, XIX əsr.
Kürdü — Azərbaycanda qolsuz üst qadın geyimi. Yaxası acıq, yan tərəfləri kəsik olurdu. Əsasən, tirmə və məxmərdən tikilən kürdü soyuq vaxtlarda geyilirdi. Yaxası, ətəyi və qol yeri xəzlə köbələnirdi. İsti olmaq ucun kürdünün astarı bəzən quzu dərisindən düzəldilirdi. Azərbaycanda əsasən, Qarabağ ucun xarakterik olan kürdü geyim tipi digər zonalarda "quzu kürdü", "içlik", "çanlıq", "zıvını", "qolsuz" və s. adlarla yayılmışdır.
İstinadlar
Əlavə ədəbiyyat Azərbaycan milli geyimləri, M., 1972,
Kateqoriya:Azərbaycanın milli geyimləri