Aşıq Nəcəf () — Azərbaycanlı aşıq, şair. Aşıq Ələsgərin şagirdi.

Həyatı Nəcəf Allahverdi oğlu 1867-ci ildəNazir Əhmədli. İrəvan əyalətinin kameral təsviri. IV cild. Göyçə və Dərəçiçək mahalları. Bakı, Elm və təhsil, 2021. səh.370 Göyçə mahalının Daşkənd kəndində Kalva Alılar (Kərbəlayı Əlilər) nəslində anadan olub. Nəcəf dövrünün tanınmış aşığı Dədə Ələsgərə on il şəyirdlik etmiş, onunla ağır məclislər yola salmışdır.

Aşıq Nəcəf Dədə Ələsgərin on iki şəyirdindən ən çox sevdiyi olmuşdur. Aşıq Nəcəfin səsi ilə Aşıq Əsədin səsi uyğun gəldiyindən Aşıq Ələsgər hər iki şəyirdinə məsləhət görərmiş ki, siz daim bir yerdə olun, bir yerdə çalıb-oxuyun. Yüksək səs tempirinə görə Aşıq Nəcəflə Aşıq Əsəd dəfələrlə otuzluq lampanı toy məclislərində söndürərmişlər. Aşıq Əsəd həmişə səmimiyyətlə etiraf edərmiş ki, Daşkəndli Aşıq Nəcəfin səsi mənimkindən yüksək və məlahətli idi.

Aşıq Nəcəflə Aşıq Əsəd 1910-cu ildə İran səfərində olarkən Təbriz aşıqlarının ustadı onlara hörmət və ehtiram əlaməti olaraq hər birinə on telli "Xətai sazı" bağışlamışdır.

"Ayaq Cəlili" saz havasını Daşkəndli Aşıq Nəcəf gözəl ifa etdiyinə görə, həmin hava xüsusən Göyçə-Kəlbəcər, Gədəbəy və başqa bölgələrdə "Nəcəfi" adlandırılmış, hazırda da aşıqların, sazsevərlərin bir çoxu həmin saz havasını "Nəcəfi" olaraq qeyd edirlər.

Əlimərdanlı Aşıq Zülfüqarın və Cilli Aşıq Mehdinin ustadı Daşkəndli Aşıq Nəcəf olmuş, onların mükəmməl aşıq kimi formalaşmasında müstəsna xidmətləri olmuşdur.

Daşkəndli Aşıq Nəcəf olduqca yaraşıqlı, boylu-buxunlu, qəddi-qamətli adamıymış. Mükəmməl bilik, dərin hafizə, möcüzəli səs sahibi olan Aşıq Nəcəf səliqə-səhmanı, ədəb-ərkanı ilə həmişə diqqəti çəkər, aşıqdan çox bəyə, bəyzadələrə oxşayarmış.

1913-cü ildə Sankt-Peterburq şəhərində Romanovlar sülaləsi hakimiyyətinin 300 illik yubileyində Qaraimanlı Məşədi İsə və Aşıq Əsədlə birlikdə iştirak etmiş, Məşədi İsə "Bürünc xatirə medalı", Aşıq Əsədlə Aşıq Nəcəf isə hər biri 250 manat pulla mükafatlandırılmışdır.

Ölümü 1919-cu ildə erməni daşnakları Göyçə kəndlərini dağıdaraq əhalini öz yurdlarından didərgin salırlar. Camaat əsasən Kəlbəcər rayonunda məskunlaşırlar. Göyçənin tanınmış şəxslərini məhv etmək məqsədilə ermənilər barışıq adı altında 11 nəfəri (Zodlu Səməd ağa, Daşkəndli Aşıq Nəcəf, Şişqayalı Kor Tanrıverdi, onun oğlu Ələkbər, Şişqayalı Məşədi Allahverdi, onun oğlu Məhərrəm, Bala Məzrəli Salah və b.) Basarkeçərə dəvət edir və onların müxtəlif üsullarla öldürülməsinə nail olurlar. Daşkəndli Aşıq Nəcəf isə daha amansızlıqla erməni polkovniki Bolyanikin başçılığı ilə Basarkeçərin yaxınlığındakı "Küllü təpə" deyilən yerdə belinə odlu samovar bağlanaraq beş oğlu ilə birlikdə vəhşicəsinə öldürülmüşdür.

Bir çox yazarlar Aşıq Nəcəfin öldürülməsini erməni generalı Selikovun Zod kəndində öldürülməsinin əvəzi kimi qeyd edirlər.

Ailəsi Aşıq Nəcəfin Daşkənd kəndində doğulduğu nəslə Kalva Alılar (Kərbəlayı Əlilər) deyirlər. Onun özündən böyük Səyalı adlı bacısı və Kəlbəli adlı qardaşı olmuşdur.

Aşıq Nəcəf əmisi Hüseynin nəvəsi Gülüstan ilə ailə həyatı qurmuş, Şəmistan, Şəmiddin, Mikayıl, Astan və İsmayıl adında beş oğlu olmuşdur. Aşıq Nəcəfin oğlanları Şəmistan və Şəmiddinin kirvəsi Aşıq Hüseyn Bozalqanlı olmuşdur.

İrsi Aşıq Nəcəfin acınacaqlı həyatı və yaradıcılığı haqqında indiyədək yüzə qədər kitab, jurnal və qəzetlərdə məqalələr nəşr olunmuş, televiziya və radio verilişləri hazırlanmışdır. Xəstə Bayraməli, Həsən Xəyallı, Xəlil Rza Ulutürk, Əli Qurban Dastançı, Zəlimxan Yaqub və başqaları əsərlərində Daşkəndli Aşıq Nəcəfin həyat və yaradıcılığı haqqında fikir bildirmişlər. Haqqında ayrıca Sərraf Şiruyə "Aşıq Nəcəf və Gülüstan" dastanı, Eldar İsmayıl "Nəcəf" poeması, Xasay Zeynalov "Aşıq Nəcəf dastanı" məsnəvisi, Abbas Vəfadağlı isə "Aşıq Nəcəflə Aşıq Əsədin Şəmşəddin səfəri" əhvalatını yazmışdır.

2026-cı ildə “Elm və təhsil” nəşriyyatıında Aşıq Nəcəfin həyatı və yaradıcılığından bəhs edən "Sındırılmış saz, yandırılmış aşıq" adlı kitab çap olunmuş, 15 oktyabr 2026-cı ildə Qərbi Azərbaycan İcmasının inzibati binasında təqdimat mərasimi keçirilmişdir. Kitabın müəllifi tədqiqatçı-jurnalist Araz Yaquboğludur.

İstinadlar

Ədəbiyyat Göyçəli, Tərlan. Daşkəndli Aşıq Nəcəf // Göyçəli, Tərlan. Göyçə aşıq məktəbi. Bakı: Göytürk, 1998. səh.92–105 Sərraf Şiruyə. Göyçəli Hacı Rəhim dastanı // Sərraf Şiruyə. İgid ölər, adı qalar. Gəncə, "Gəncə" nəşriyyatı, 2002. səh.258–296 Namazov, Qara. Nəcəf Daşkəndli [məqalə, şeir] // Namazov, Qara. Aşıqlar (I kitab). Bakı: Səda, 2004. səh.320–321 Yaquboğlu, Araz. Daşkəndli Aşıq Nəcəf [həyatı, şeirləri] // Yaquboğlu, Araz. Daşkənd aşıqları və şairləri. Bakı: Nurlan, 2008. səh.17–22 Sərraf Şiruyə. Ermənilər Aşıq Nəcəfi necə öldürdülər? // "Bütöv Azərbaycan" qəzeti, № 05, 11 dekabr 2008. Kərimli, Azad Ozan. Göyçə aşıq məktəbi // "Musiqi dünyası" jurnalı, 2000, № 3–4/5. səh.132–133

Xarici keçidlər

"Sındırılmış saz, yandırılmış aşıq". Bakı, "Elm və təhsil", 2026.

Aşıq Nəcəf

Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Göyçə aşıqları Kateqoriya:Göyçə şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Göyçədə doğulanlar Kateqoriya:Göyçədə vəfat edənlər Kateqoriya:Qətl qurbanları Kateqoriya:Diri-diri yandırılanlar