thumb|Portağal — bütöv, yarıya bölünmüş və soyulmuş hissələr Portağal — Rutaceae ailəsinin müxtəlif sitrus növlərinin meyvəsidir. İlk növbədə Citrus × sinensis, onu acı portağal kimi adlandırılan əlaqəli Sitrus × aurantiumdan ayırmaq üçün şirin portağal adlanır. Şirin portağal cinsi yolla çoxalır (nuklear embrion vasitəsilə apomiksis); şirin portağal növləri mutasiyalar nəticəsində yaranır.

Portağal — pomelo (Citrus maxima) və naringi (Citrus reticulata) arasında hibriddir. Xloroplast genomu və buna görə də ana xətti pomelonun genomudur. Şirin portağalın tam genomu ardıcıllıqla tərtib edilmişdir.

Portağal Cənubi Çin, Şimal-Şərqi Hindistan və Myanmanı əhatə edən bir bölgədə yaranmışdır və şirin portağalın ilk qeydi eramızdan əvvəl 314-cü ildə Çin ədəbiyyatında olmuşdur. 1987-ci ildən etibarən portağal ağaclarının dünyada ən çox becərilən meyvə ağacı olduğu müəyyən edilmişdir. Portağal ağacları şirin meyvələrinə görə tropik və subtropik iqlimlərdə geniş şəkildə becərilir. Portağal ağacının meyvəsi təzə yeyilə bilər, ya da şirəsi və ya ətirli qabığı üçün emal oluna bilər. 2012-ci ildə şirin portağal sitrus meyvələrinin istehsalının təxminən 70%-ni təşkil edmişdi.

2019-cu ildə dünya üzrə 79 milyon ton portağal yetişdirilib, Braziliya ümumi məhsulun 22%-ni istehsal edir, sonrakı yerləri Çin və Hindistan tutur.

İstinadlar

Kateqoriya:Meyvələr Kateqoriya:Sitrus Kateqoriya:Giləmeyvələr Kateqoriya:Asiya mənşəli meyvələr Kateqoriya:Çin mənşəli kənd təsərrüfatı məhsulları