Mark Avreli Sever Aleksandr (), Roma tarixşünaslığında daha çox Aleksandr Sever kimi tanınır () — 13 mart 222-ci ildən 19 mart 235-ci ilə qədər hakimiyyətdə olmuş Roma imperatoru. O, Sever sülaləsinin sonuncu padşahı olmuşdur. Sever Helioqabalın əmisioğlu və xələfi olmuşdur.

Həyatı Aleksandr Sever padşahlıq etməyə başlayanda onun on dörd yaşı var idi. Hökumətə pretori prefekti hüquqşünas Ulpian rəhbərlik edirdi. İmperiyanın iqtisadi vəziyyəti çətin halda idi və imperator ordunun xərclərini azaltmağa çalışırdı. O, həm də sosial müdafiə və xeyirxahlıq siyasəti həyata keçirirdi. Sasanilərin şərqdə yüksəlişi onu sülh danışıqları aparmağa məcbur etmişdir. O, həmçinin Maynsda german tayfaları ilə danışıqlar aparmağa çalışsa da, legionerləri tərəfindən öldürülmüşdür.

İstinadlar

Əlavə ədəbiyyat

Cassius Dio ( 230), Roman History, Book 80 Herodian ( 240), Roman History, Book 6 Aurelius Victor att. ( 400), Epitome de Caesaribus Historia Augusta, Life of Severus Alexander Zosimus ( 500), Historia Nova Joannes Zonaras ( 1120), Compendium of History

Xarici keçidlər

Severus Alexander on NumisWiki Coins of Severus Alexander

Kateqoriya:Tacdar uşaqlar Kateqoriya:Roma imperatorları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri