thumb|426x426px|Xalxal şəhristanının Ərdəbil ostanındakı yerləşimi Xalxal şəhristanı — İranda, Cənubi Azərbaycanın Ərdəbil ostanında bölgə.
Xalxal Tehrandan şimali-qərbdə 549 km-liyində yerləşir. Xalxalın şərq rayonlarının iqlimi soyuq, şimal və cənub rayonlarının iqlimi isə sabitdir.
Əhalisi Keçmişdə Xalxal şəhristanının inzibati bölgüsü Xanəndəbil (mərkəzi Xalxal/Hirov/Hirovabad şəhəri), Səncabad (mərkəzi Givi şəhəri), Xuruş Rüstəm (mərkəzi Həşcin şəhəri), Şahrud (mərkəzi Külür şəhəri) və Kağızkünan (mərkəzi Ağkənd şəhəri) bəxşlərindən ibarət idi.
Hazırda isə keçmiş Xanəndəbil və Səncabad şəhristanları ləğv olunaraq, onların toplam ərazisinin əksəriyyətində yeni Mərkəzi bəxşi (mərkəzi Xalxal/Hirov/Hirovabad şəhəri) yaradıldı, qalan hissəsindən isə ayrıca Kövsər şəhristanı (mərkəzi Givi şəhəri) quruldu. Həmçinin Kağızkünan bəxşinin ərazisi (mərkəzi Ağkənd şəhəri ilə) Şərqi Azərbaycan ostanının Miyanə şəhristanına birləşdirildi. Xuruşrüstəm və Şahrud bəxşləri isə dəyişilmədən Xalxal şəhristanının tərkibindədirlər.
Etnik tərkibi Şəhristan əhalisi əsasən Azərbaycan türklərindən, az sayda Tatlar və Kurmanclardan ibarətdir.Takestani Classification : Indo-European, Indo-Iranian, Iranian, Western, Northwestern, Talysh ibarətdir.
Tatlar əsasən Xalxal şəhristanının, Şahrud bəxşində qismən isə Xuruş Rüstəm bəxşində yaşayırlar.
Dini tərkibi Bölgə əhalisinin 90%-i İslamın şiə-cəfəri; 10%-i isə sünni-şafi məzhəbinə etiqad edirlər. Sünnilər bölgənin Gavan, Qusun, Şəmsabad, Diz, Dayıkəndi, Məzrəə və Keçəl kəndlərinin əhalisinin hamısını və Kəzə kəndinin əhalisinin əksəriyyətini təşkil edir.
Xalxal şəhristanının inzibati bölgüsü Mərkəzi bəxşi İnzibati mərkəzi: Xalxal (Hirov / Hirovabad) DEHİSTANLARI: Xanəndəbil-i Qərbi dehistanı KƏNDLƏRİ: Ağbulaq, Ərsun, Asmarud, Beyraq (Bayraq (?)), Bürgəhim, Gərmxana, Gəzəz, Güllücə, Kəhran, Kolu, Lamədəşt, Mahmudabad, Niyaxürrəm, Piruc, Qızıldərə, Şeyxcanlı, Suran, Susahab, Tərəzuc, Tərk, Tərzənəq, Varisabad, Yellicə, Yüznab Xanəndəbil-i Şərqi dehistanı KƏNDLƏRİ: Əlhəşim-i Ülya, Əlhəşim-i Süfla, Əliabad, Ənəviz, Əndəbil, Bəfrəcird, Bəlil, Davudxani, Gavdol, Güransərab, İlvanəq, Xəmis / Xəms, Xanəgah-i Bəfrəcird, Xanəgah-i Sadat, Xucin, Macarə, Məzəcin, Qaraağac, Səncəbədlə, Təhristan, Tulaş / Tolaşt / Tulman, Zərdüştabad / Fəcrabad / Ab-i Zəri, Zəviyə-i Sadat Səncabad-i Şərqi dehistanı KƏNDLƏRİ: Ağbulaq, Çələmbər, Dəllər, Qafurabad, Hacıabad, Kələr, Kalistan-i Ülya, Kalistan-i Süfla, Xudaquluqışlaq, Lonbar, Milağardan, Mustafalı, Muristan, Nəvəşanəq, Üçgəz-i Ülya, Üçgəz-i Süfla Xoreşrüstəm (Xuruşrüstəm) bəxşi İnzibati mərkəzi: Həşcin DEHİSTANLARI: Xoreşrüstəm-i Cənubi / Xuruşrüstəm-i Cənubi dehistanı KƏNDLƏRİ: Ahu, Ağsu, Bərəndəq, Çinarlıq, Qiyasabad, Güllücə, Cəfərabad, Kərnəq, Nimahil, Nisaz, Pişgaman, Qışlaq-i Bərəndəq, Səfidab, Sicahrud (Sıcaqrud (?)), Tuyistan, Viyu / Viv, Zəviyə-i Cəfərabad Xoreşrüstəm-i Şimali / Xuruşrüstəm-i Şimali dehistanı KƏNDLƏRİ: Ərdəbilək, Bilədeh, Çinar, Damdol, Dayıkəndi, Diz, Gavan, Gəlgəlab, Heşi, Kabudçu, Kəhlik, Kacal, Kəmər, Kəmərdərə, Kərgəzli, Kazac, Xatpərəst, Xoşnamə, Kivi, Mənəmin, Məzrayə, Mirəcin, Novdeh (Nüvədi / Nüğədi), Qaratikan, Qusacin, Saqqızçı, Şəmsabad, Vanan, Zəndərəq, Zəviyə-i Kivi Şahrud bəxşi İnzibati mərkəzi: Külür DEHİSTANLARI: Pələngə dehistanı KƏNDLƏRİ: Əzizabad, Fərəcabad, Kərin, Lərd, Miyanrudan, Til Şahrud dehistanı KƏNDLƏRİ: Əsbu, Əskistan, Dirov, Deyləmabad Şal dehistanı KƏNDLƏRİ: Əhmədabad, Əliabad, Əndərəq, Çamlıgəbin, Dəştəndar, Diz, Gəndomabad, Gilavan, Cəlalabad, Köhül, Köhüldəşt, Xanəgah-i Gilavan, Məculan, Ülkəş, Qışlaq-i Diz, Qışlaq-i Gilvan, Rüknabad, Şal, Şeyxəlilər, Sövmayə-i Rudbar (Sumay-i Rudbar), Təharumdəşt, Təzəkəndgəndomabad, Təzəkənd-i Galvazan
Şəhərin və rayonun səyahət yerləri thumb|center|800px|Xalxal şəhərinin panoraması
İsti bulaq suları və isti mineral bulaqlar Mərkəzi bəxşinin Xanəndəbil-i Şərqi dehistanında yerləşən Xəmis / Xəms kəndində İmamzadə Mirzaman və Seyid İbrahim məzarları Mərkəzi bəxşinin Xanəndəbil-i Şərqi dehistanında yerləşən Xəmis / Xəms kəndində Jami və Nur məscidləri Danual müqəddəs yeri Yandım Abad kəndində tarixi mağara Mərkəzi bəxşinin Xanəndəbil-i Qərbi dehistanında yerləşən Gərmxana kəndində mağara
İstinadlar
Xarici keçidlər Ərdəbil Ostanının Rəsmi Saytı — Farsca Xalxal Rəsmi Saytı — Farsca Xalxal Bələdiyə Saytı — Farsca Xalxal Azad Universiteti — Farsca
Kateqoriya:Ərdəbil ostanının şəhristanları