Sevgi tanrısı mifologiyada romantika , sevgi, şəhvət və ya seksuallıq ilə əlaqəli tanrılara verilən addır. Sevgi tanrıları mifologiyalarda geniş yayılmışdır və bir çox politeist dinlərdə mövcuddur. Qadın sevgi ilahələri çox vaxt gözəllik və digər ənənəvi qadın atributları ilə əlaqələndirilir. thumb|Kama (solda) Rati ilə Chennakesava məbədinin divarında, Belur, Hindistan

thumb|Evelyn De Morqan tərəfindən yunan şəfəq ilahəsi Eosun təsviri. (1895)

Mifologiyalarda

Alban Prende, sevgi, gözəllik və bərəkət tanrıçası.

Astek Teicu, cinsi iştaha ilahəsi. Tiacapan, cinsi aclıq ilahəsi. Tlazolteotl, şəhvət, cismanilik, cinsi pis əməllər ilahəsi. Xocotzin, cinsi istək ilahəsi. Xochiquetzal, seks və gözəllik ilahəsi. Xochipilli, homoseksuallıq, sevgi, sənət, oyunlar, gözəllik, rəqs, çiçəklər, qarğıdalı, məhsuldarlıq və mahnı tanrısı. Tlazolteotl, şəhvət, cismanilik, cinsi pis əməllər ilahəsi.

Buddist Aizen Myō-ō və ya Rāgarāja, dünyəvi şəhvəti mənəvi oyanışa çevirən tanrı; onun qırmızı dərili görünüşü basdırılmış şəhvət və ehtirasları təmsil edir. Kuni, sevgi tanrısı.

Çin Jiutian Xuannü, müharibə, seks və uzunömürlülük ilahəsi. Yue-Lao, iki insanı görünməz qırmızı iplə birləşdirən sevgi tanrısı. Tu Er Şen, homoseksual kişilər arasındakı sevgiyə nəzarət edən tanrıdır.

Erməni Astghik, bərəkət və sevgi tanrıçası.

Etrusk Albina, şəfəq ilahəsi və bədbəxt sevgililərin qoruyucusu. Turan, sevgi və canlılıq ilahəsi.

German-skandinav mifologiyası Eostre, alman şəfəq ilahəsi. Frigg, evlilik və qadın ilahəsi. Sjöfn, sevgi ilahəsi.

Hind Kama, sevgi tanrısı. Rati, Kamanın yoldaşı, sevgi, cismani istək, şəhvət, ehtiras və cinsi həzz ilahəsi. Uşas, şəfəq ilahəsi.

Kelt Áine, İrlandiya məhəbbət, yay, zənginlik və suverenlik ilahəsi. Branwen, Uels sevgi və gözəllik ilahəsi. Cliodhna, İrlandiya bəzən sevgi və gözəllik ilahəsi.

Kənan Astarte, seks və müharibə ilahəsi.

Quarani Kurupi, seksuallıq və məhsuldarlıq tanrısı.

Litva Milda, sevgi və azadlıq ilahəsi.

Mesopotamiya İnanna və ya İştar, seks, sevgi, gözəllik, və məhsuldarlıq ilahəsi. Nanaya, şəhvət və seksuallıq ilahəsi

Misir Bastet , pişiklər, sevgi, qoruma, ətir, gözəllik və rəqs ilahəsi. Bes, musiqi, sevgi və rəqs tanrısı. Min, çoxalma, sevgi cinsi həzz və məhsuldarlıq tanrısı.

Roma Avrora, şəfəq ilahəsi. Yunan mifologiyasında Eos adlanır. Bacchus, yunan mifologiyasındakı Dionisinin Roma ekvivalenti. Amur, məhəbbət tanrısı. Yunan mifologiyasında Eros adlanır. Venera, bahar, sevgi və gözəllik ilahəsi. Yunan mifologiyasında Afrodita.

Slavyan Dzydzilelya, Polşanın sevgi, evlilik, seksuallıq və məhsuldarlıq ilahəsi. Siebog , sevgi və evlilik tanrısı. Lada , gözəllik və məhsuldarlıq ilahəsi.

Türk-Altay Ayzıt, yakut mifologiyasında gözəllik ilahəsi.

Vudu Baron La Croix, ölülər və seksuallıq. Baron Samedi, ölülər, cinsiyyət və dirilmə. Erzulie Freda Dahomey , sevgi, gözəllik, zərgərlik, rəqs, dəbdəbə və çiçəklər.

Yapon Daikokuten, Yeddi Şanslı Tanrıdan biri. Nəhəng bir fallus ilə təsvir olunan rifah tanrısı.

Yunan Afrodita, sevgi, seks və gözəllik ilahəsi. Dionis, şərab, bərəkət və teatr tanrısı Eos, şəfəq ilahəsi. Eros, eşq, məhəbbət və şəhvət tanrısı. Priap, bolluq, bərəkət, artım cinsi əlaqə və şəhvət tanrısı. Kateqoriya:Mifologiya Kateqoriya:Mifologiyada tanrılar