Şamdlan və ya Şandlan — Azərbaycanın İsmayıllı rayonunun Tircan kəndindən 3–4 kilometr cənub-şərqdə, Qızılca dərəsinin sol sahilində orta əsr yaşayış yeri.
Tarixi Meşələrlə əhatə olunmuş və əlverişli mövqedə yerləşən Şamdlan təqribən 10 hektardır. Kəşfiyyat xarakterli axtarışlar zamanı dəmirçi emalatxanası, istehsalat tullantıları, şirsiz və şirli keramika qalıqları, şüşə qab və bilərzik nümunələri, kirkirə daşı, dəmir ox ucluğu və s. tapılmışdır. Azərbaycan Sovet Ensiklopediyasına görə, materiallar yaşayış yerinin IX–XIII əsrlərdə mövcud olduğunu göstərir. Buna baxmayaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" qərarında bildirilmişdir ki, yaşayış yeri VIII–XVIII əsrlərə aiddir. Qeydiyyat nömrəsi 1153-dür.
İstinadlar
Kateqoriya:İsmayıllı rayonunun qədim yaşayış yerləri Kateqoriya:İsmayıllı rayonunun abidələri