Nizami metrostansiyası — Bakı metrosunun yaşıl xəttinin stansiyasıdır. Buradan qatarlar Elmlər Akademiyası stansiyası və 28 May stansiyası istiqamətində hərəkət edir. Stansiyaya daxil olan qatarlarda Üzeyir Hacıbəyovun "Sənsiz" romansı səslənir.

Metro stansiyası daxilindəki mozaikaların yaradılması və işlənməsi rəssam Mikayıl Abdullayevə məxsusdur.

Haqqında Dərinlikdə yerləşən "Nizami" stansiyası eskalatorla təchiz olunub. Stansiya "Azad qadın" heykəlinin yaxınlığındadır. Stansiyanın daxili hissəsinin tərtibatında milli memarlığın ən yaxşı nümunələrindən istifadə olunub. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə adlandırılan bu stansiya SSRİ Xalq Memarı, akademik Mikayıl Hüseynovun layihəsi əsasında tikilib.

"Nizami" metro stansiyası dünyanın ən gözəl metrostansiyalarının siyahısına daxil edilib.

Həmçinin bax Nizami metrostansiyasının mozaikaları

İstinadlar

Xarici keçidlər Станция метро 'Низами' попала в пятерку самых красивых станций метро мира Nizami metrostansiyasının açılışı Dünyanın ən gözəl metro stansiyaları Nizami metrosunun təmiri

Kateqoriya:Bakı metropoliteninin stansiyaları Kateqoriya:1967-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Mikayıl Hüseynovun əsərləri Kateqoriya:Nizami Gəncəvinin şərəfinə adlandırılmış yerlər