Vilhelm Cozef Burger (; ) – Avstriya fotoqrafı.
Həyatı Vilhelm Burger 1844-cü ildə Vyanada orta sinif bir ailədə doğulmuşdur. Klassik təhsil alsa da, incəsənətə böyük maraq göstərmişdir. 1855–60-cı illərdə Vyanada Təsviri İncəsənət Akademiyasında təhsil almışdır. Təhsilini davam etdirmək üçün Münhenə köçmüş və dayısının təsiri ilə fotoqrafiyaya maraq göstərmişdir. 1863-cü ildə Vyanaya qayıdaraq Vyana Universitetində fotoqrafiya təhsili almışdır. 1868-ci ilə qədər mühazirələr vermiş və məqalələr yazmışdır.
Burgerin fotoqrafiya bacarıqları sarayın diqqətini çəkmiş və o, 1868-ci ildə Avstriya-Macarıstan tərəfindən Yaponiya, Çin və Siamla əlaqələri gücləndirmək üçün göndərilmiş Uzaq Şərq missiyasının fotoqrafı təyin edilmişdir. Burger Uzaq Şərqdə bir çox mənzərə və portret fotosu çəkmişdir. 1870-ci ilin martında Avstriyaya qayıtmış və saray fotoqrafı olmuşdur. 1872-ci ildə Avstriya-Macarıstanın Arktika ekspedisiyasının, daha sonra isə Kiçik Asiya ekspedisiyalarının fotoqrafı təyin edilmişdir. Burger yeni texnikalar yoxlamış və bacarıqlarını təkmilləşdirməyə çalışmışdır. 1920-ci ildə ölmüşdür.
Qalereya
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Avstriya fotoqrafları Kateqoriya:Yaponiyada fotoqrafiya