Bavariya-Münhen () 1392-1505-ci illərdə Müqəddəs Roma İmperiyasının tərkib hissəsi olan hersoqluq idi.

Tarixi Hersoqluq 1375-ci ildə Bavariya hersoqu Stefanın ölümündən sonra yaradılmışdı. Stefanın vəsiyyətinə görə oğulları Stefan, Fridrix və İohann dövləti birgə idarə etməliydilər. On yeddi ildən sonra qardaşlar miraslarını rəsmi şəkildə bölüşdürmək qərarına gəldilər və Bavariya-Münhen İohannın əlinə keçdi. 1429-cu ildə Bavariya-Ştraubinqin bəzi hissələri, o cümlədən Ştraubinq Bavariya-Münhenin əlinə keçdi. Hersoqluq, Bavariya hersoqu IV Albert tərəfindən Landsxut varislik müharibəsindən sonra Bavariya torpaqları yenidən birləşənədək hardasa 1 əsr mövcud olmuşdu.Christof Paulus: Machtfelder. Herzog Albrecht IV. von Bayern (1447/1465–1508) zwischen Dynastie, Territorium und Reich (= . Band 39). Böhlau, Wien u. a. 2015, ISBN 978-3-412-50138-9.

Hersoqları

II İohann (1375–1397) Ernst (1397–1438) və Vilhelm (1397–1435) III Albert (1438–1460) IV İohann (1460–1463) və Sigizmund (1460–1463) Sigizmund (təkbaşına) (1463-1465) Sigizmund (1465-1467) və IV Albert (1465-1467) IV Albert (təkbaşına) (1467-1505)

İstinadlar

Kateqoriya:Müqəddəs Roma imperiyasının hersoqluqları Kateqoriya:Bavariya tarixi Kateqoriya:1392-ci ildə yarananlar Kateqoriya:Avropanın tarixi dövlətləri Kateqoriya:Münxen tarixi