Aşağıda İranın Şərqi Azərbaycan ostanının mərkəzi olan Təbriz şəhərinin xronologiyası verilmişdir.

XV əsrə qədər E.ə. 714-cü il — Şəhərin adı Assur kralı II Sarqonun epiqrafında qeyd edilmişdir. B.e. II–VII əsrlər — İndiki Təbrizin ən erkən elementlərinin qurulması. Bəzi mənbələrdə eramızın III və IV əsrlərində erkən Sasanilər dövründə, bir digər mənbələrdə isə VII əsrdə tikildiyi iddia edilir. B.e. VIII əsr — Təbriz bazarının inşaasına başlanılır. 858-ci il — Təbrizdə güclü zəlzələ baş verir. IX əsr — Təbriz Rəvvadi hakimliyinin mərkəzi olur. 981-ci il — Təbriz Rəvvadilər dövlətinin paytaxtı olur. Tədqiqatlar təsdiq edir ki, bu dövrdə Təbriz şəhristanının sahəsi 200 ha-dan artıq, əhalisinin sayı isə 100 min nəfərdən çox idi. 1041-ci il — Təbrizdə güclü zəlzələ baş verir. Bu təbii fəlakətdən cəmi dörd il sonra Təbrizə gəlmiş səyyah Nasir Xosrov onun artıq böyük və abad bir şəhər olduğunu təsdiq edirdi. 1055-ci il — Səlcuqluların Təbrizə ilk yürüşü. 1060-cı il — Səlcuqlular Təbrizə yenidən yürüş edirlər. 1175-ci il — Təbriz Qızıl Arslan tərəfindən tutulur. Atabəylər və Ağsunqurilər tərəfindən bağlanan sazişlə Atabəylər dövlətinin tərkibinə daxil edilən şəhər dövlətin paytaxtlarından biri olur. 1208-ci il — Şəhər Gürcü krallığı tərəfindən işğal edilir. 1221-ci il — Monqolların Təbrizə ilk yürüşü baş verir. Təbriz əhalisi təzminat ödəyərək işğaldan xilas olurlar. 1225-ci il — Təbriz Xarəzm qoşunları tərəfindən ələ keçirilir. 1228-ci il — Şəmsəddin əl-Tuğrai Təbrizə hakim təyin edilir. 1231-ci il — Təbriz şəhəri monqollar tərəfindən işğal edilir. 1275-ci il — Marko Polo Çinə səyahəti zamanı Təbrizdən keçmişdir. Marko Polo qeyd edirdi ki, Təbrizin əhalisi əsasən sənətkarlardan və tacirlərdən ibarətdir. 1294-cü il — Keyxatu xanın əmri ilə Təbrizdə kağız pul- çao buraxılmağa başladı. 1298-ci il — Şənbi-Qazan inşa edilir. 1299-cu il — Şəhər Elxanilər dövlətinin paytaxına çevrilir. thumb|280x280px|Təbriz, Dəmir dövrü muzeyi1300-cü il — Rab-i Rəşidi (elmi mərkəz) inşa edilir. XIV əsrin əvvəllərində — Təbrizin qala divarlarının uzunluğu 25 min addım (24 km), şəhərin ümumi sahəsi isə 36006 hektar idi. 1305-ci il — Qazaniyyə inşa edilir. 1311-ci il — Əlişah Məscidi inşa edilir. 1314-cü il — Seyid Həmzə mədrəsəsi inşa edilir. 1320-ci il — Ərk qalası inşa edilir. 1321-ci il — İtalyan səyyah Odorik Perdenon Təbrizə səyahət edir. O yazır : "Yer üzündə elə mal tapılmaz ki, Təbriz anbarlarında həmin maldan olmasın." 1330-cu il — Dəməşqiyyə inşa edilir. 1356–1357-ci illər — Şəhər Müzəffərilərin hücumuna məruz qalır. 1357-ci il — Qızıl Orda xanı Canı bəy (1340–1357) yerli feodallarla əlaqəyə girdi və 1357-ci ildə Azərbaycan ərazisində ciddi müqavimətə rast gəlmədən Təbrizə daxil oldu. 1358-ci il — Cəlairi Şeyx Üveys Təbrizi ələ keçirir. 1367-ci il — Şeyx Üveysin Bağdada səfərindən istifadə edən Şirvanşah Kavus iki dəfə Təbrizə hücum edir. 1370-ci il — İmarəti Şeyx Üveys inşa edilir. 1376-cı il — Şeyx Üveysin ölümündən sonra Şah Şüca Təbrizə yürüş edərək buranı ələ keçirir. Təbriz şəhəri 4 ay müddətində onun əlində qaldı. 1382-ci il — Təbrizə Sultan Əhməd hücumuna məruz qalır. 1385-ci il — Şəhər Qızıl Orda xanı Toxtamış tərəfindən mühasirə edilir. 1387-ci il — Təbriz hakimlərindən olan Qara Bəstam və Pişkin hakimi Əmir Şəbli ittifaqa girərək Məhəmməd Dəvatinin üzərinə hücum etdilər, onu məğlubiyyətə uğradaraq Təbrizin idarəsini öz əllərinə aldılar. 1391-ci il — Mahmud Xalxali bura yürüş edərək, şəhərə daxil olur. 1392-ci il — Alatağ yaylağından Təbrizə irəliləyən Qara Yusif şəhəri tutdu, Mahmud Xalxala çəkildi. Təbriz bir neçə gündən sonra Əmir Bəstam və onun müttəfiqlərinin (qardaşı Mənsur və Xalıqın) əlinə keçdi. Qara Yusif şəhərdən çıxmalı oldu. 1392-ci il — Teymuri qoşunu Təbrizə daxil olur.

XV–XVI əsrlər 1404-cü il — Təbrizdə olmuş ispan taciri Klavixo qeyd edirdi ki, şəhərdə 200 minədək ailə vardır. 1406-cı il — Təbrizdə Əxi Qəssabın başçılığı ilə Teymuri hakimiyyəti əleyhinə üsyan baş vermişdi. 1406-cı il — Teymurilərin hakimiyyətinin zəifləməsindən faydalanan Sultan Əhməd qayıdıb Təbrizi ələ keçirdi və Cəlairi dövlətini bərpa etdi. 1406-cı ilin may ayı — Şirvanşahın döyüşçüləri maneəsiz Təbrizə daxil oldular. Təbrizin I İbrahimin əlinə keçməsi Azərbaycan torpaqlarının vahid hakimiyyət altında birləşməsi demək idi. 1410-cu il 30 avqust — Təbriz yaxınlığında, Əsəd qəsəbəsi kənarındakı döyüşdə keçmiş müttəfiqi Cəlairi Sultan Əhmədi məğlub etmiş Qara Yusif ona hakimiyyətin yeni sülaləyə keçməsini qanuniləşdirən sənədlərə qol çəkdirdi, Təbriz Qaraqoyunlu dövlətinin paytaxtı elan edildi.thumb|310x310px|Təbriz 1690-cı il 1422-ci il — Şahrux Təbrizi tərk etdikdən sonra, Təbrizdə Qaraqoyunlu hakimiyyəti İsgəndər tərəfindən yenidən bərpa edilir. 1438-ci ilin baharı — Cahanşah bəzi Qaraqoyunlu və Şirvan əmirləri ilə birlikdə Ərdəbildən Təbrizə hərəkət etdi. 1465-ci il — Göy Məscid inşa edildi. 1467-ci il — Təbrizdə üsyan baş verdi. 1468-ci il — Uzun Həsən Təbriz şəhərini yeni dövlətin paytaxtı elan etdi. 1474-cü il — Venesiya senatı Ambroco Kontarini fövqəladə səfir kimi Uzun Həsənin yanına, Təbrizə çatır. Həmin ilin sentyabrın 5-də Venesiya Respublikası tərəfindən Azərbaycana müəyyən tapşırıqla göndərilmiş Bartolomeo Liompardo da Təbrizə gəldi. 1475-ci il — Məscidi Həsən şah və Maqsudiyyə inşa edildi. 1483-cü il — Həşt- Behişt sarayı inşa edildi. 1500-cü il — Təbriz əhalisinin sayı 300 min nəfərə çatmışdır. Əhalinin sayına görə Dünyada 5-ci yerdə idi. 1501-ci il — İsmayıl təmtəraqla Təbrizə daxil oldu, adına xütbə oxutduraraq sikkə zərb etdirdi və Səfəvilər dövlətinin əsası qoyuldu. 1514-cü il sentyabr ayının 6-sı — Sultan Səlim Səfəvilər dövlətinin paytaxtına daxil oldu. 1530-cu il — Üləma bəy Təkəli şaha qarşı üsyan etdi, Təbrizi çapıb taladı və tayfasının bir hissəsi ilə Türkiyəyə getdi. 1534-cü il iyunun 13-ü –Osmanlılar Təbrizi, sonra isə bütün Cənubi Azərbaycan vilayətlərini ələ keçirdi. Süleymanın da olduğu Osmanlıların əsas qüvvələri isə şəhərə sentyabrın 27-də çatdılar. 1535-ci il — Səfəvilər hakimiyyətdə. 1535-ci il — Sultan Süleymanın II yürüşünə yenə Təbrizdən başladı. 1539-cu il — Londonun "Viktoriya və Albert" muzeyində saxlanılan və dünya xalçaçılığı sənətinin incilərindən biri olan Təbriz xalçası toxunmuşdur. 1548-ci il 2 iyun — Təbriz əhalisi Osmanlılara qarşı üsyan qaldırır. Səfəvilər yenidən hakimiyyətdə. 1548-ci il — Səfəvi dövlətinin paytaxtı Təbrizdən Qəzvinə köçürülür. 1555-ci il — Amasiya müqaviləsinə görə Təbriz Səfəvilər dövlətinin hakimiyyətinə keçir. İskəndər bəy Münşi yazır: Təbrizdə elə bir bayram keçirildi ki, o indiyə kimi qızılbaşların dilindən düşmür. 1562-ci il — Şəhərdə olmuş Cenkinson qeyd edir ki, "Təbriz Səfəvilərin ən iri şəhəridir". Lakin ingilis səyyahı əlavə edirdi ki, "bu şəhərin ticarət əhəmiyyəti əvvəlki dövrə nisbətən azalmışdı". 1571–1573-cü il — Təbrizdə üsyan baş vermişdir. Təbriz üsyanının təsiri nəticəsində I Şah Təhmasib şəhərə vergi toxunulmazlığı hüququ verdi və bu tədbir şəhərin sonrakı tərəqqisi üçün geniş imkanlar açdı. 1585-ci il — Osman paşa 200-minlik ordu ilə Pasinabad-Çaldıran-Xoy-Mərənd-Sufıyan-Təbriz istiqamətində yola düşür. 1591-ci il — Təbrizdə yenidən üsyan baş verir.

XVII–XVIII əsrlər 1603-cü il — Şah I Abbas şəhəri Osmanlılardan azad edir. 1610-cu il — Quyucu Murad paşanın komandanlığı altında Osmanlı ordusu Səfəvilər üzərinə hücum edərək Təbrizə kimi irəlilədi. Təbriz şəhəri osmanlılar tərəfindən böyük dağıntılara məruz qalaraq yandırıldı. thumb|Balaban və qavalın müşayiəti ilə musiqi məclisi: Səfəvilər dövlətinin ikinci şahı I Təhmasibə kəniz tərəfindən bir piyalə şərab süzülərkən təsvir olunmuş minyatür.1611-ci il — Yenidən Səfəvi hakimiyyətinə keçdi. 1634-cü il sentyabrın 11-i — IV Murad şəhəri ələ keçirdi. Lakin sentyabn 15-də ərzaq və ələfin çatışmazlığı, qışın yaxınlaşması, Səfəvi qoşununun hücum təhlükəsi onları Təbrizdən çıxmağa məcbur etdi. 1636-cı il — Sahib əl Əmr məscidi inşa edildi. 1640-cı il — Təbrizdə böyük dağıntılara səbəb olmuş zəlzələ baş verdi. 1655-ci il — Sadiqiyyə mədrəsəsi inşa edildi. 1673-cü il — Təbriz əhalisinin sayı 550 min idi. 1676-cı il — Talibiyyə mədrəsəsi inşa edildi. 1711-ci il — Təbrizdə üsyan baş verdi. Katolik missioneri Jozef Mari Təbrizdən vətəninə göndərdiyi məktubunda yazırdı ki, bu üsyan zamanı 3000 təbrizli qubernatorun (bəylərbəyinin) sarayına basqın etmişdir. 1717-ci il — Rus elçisi A. P. Volinski Təbrizə gəldi. "Təbriz şəhəri iki dağ arasında olan rəvan yerdə salınmışdır. Onun uzunluğu beş verst, bəlkə də bir az çox məsafəni əhatə edir, eni bir verstə yaxındır. Deyilənlərə görə, burada 36000 yaşayış evi vardır. Tikintiləri daşdandır və yaşıllığa qərq olmuşdur". 1721-ci il –Təbrizdə dağıdıcı zəlzələ nəticəsində 80 min əhali tələf oldu. 1724-cü il — . Başda Abdulla Köprülü paşa olmaqla türk əsgərləri yenidən Təbriz şəhərinə yaxınlaşdılar. Təbrizlilər şəhəri təhvil verməzdən öncə Osmanlı komandanlığından ailələri və silahları ilə birlikdə şəhəri tərk etmək üçün icazə aldılar. 1724/25-ci il — Osmanlılar 200minə qədər şəhər əhalisini qılıncdan keçirdilər.

thumb|262x262px|Təbriz şəhərinin xəritəsi XVI əsr

1725-ci il — Təbrizdə Uzun Həsən və Mehdi Sahib əz-zaman məscidləri ətrafında bişmiş və çiy kərpicdən qala inşa olunmağa başlanmışdı. 1730-cu il — Səfəvilər yenidən hakimiyyətdə. Osmanlı komandanlığı Təbrizi Səfəvi qoşunlarına təslim edərkən oradakı yeniçərlər yiyələndikləri malikanələrdən məhrum olduqları üçün qiyam qaldırmışdılar. 1736-cı il — Əfşarlar hakimiyyətdə. 1747-ci il — Təbriz xanlığı yaradıldı. 1757-ci il — Məhəmməd Həsən xan Qacar şəhəri tutdu. 1762-ci il — Təbrizdə Zəndlər hakimiyyətə gəldi. 1775-ci il — Yenidən zəlzələ baş verdi. 1780 — 28 fevral- Zəlzələ nəticəsində 200 min şəhər sakini tələf oldu. Şəhər əhalisinin sayı təqribən 30 min oldu. 1785-ci il — Əhməd xan qarabağlı İbrahimxəlil xanın 385 qoşunları ilə birlikdə Təbriz qalasını mühasirəyə aldı. 1799 — Qacar şahzadəsi Abbas Mirzə şəhərə hakim təyin edildi.

XIX əsr 1808-ci il — Təbrizin əhalisi 250 min nəfərə çatmışdı.

1817-ci il — Mətbəə fəaliyyətə başlayır.

1827-ci il oktyabrın 13-də rus qoşunu Təbrizə daxil oldu.

1828-ci il — Şəhər Qacarların hakimiyyətinə keçir.

1830-cu il — Şəhərdə vəba epidemiyası başlayır

1848-ci il — Təbrizdə şəhər yoxsulları və sənətkarların çıxışları baş verdi.

1860-cı il — Təbriz və Tehran teleqrafı işə başlayır.

1868-ci il — Təbriz Konstitutsiya binası inşa edilmişdir.

1875-ci il — Təbriz dövlət məktəbinin (Təbriz Darülfünunun) açılmışdır.

1881-ci il — Təbriz əhalisinin sayı 165 min nəfərdir.

1881-ci il — Təbriz Amerika Memorial Məktəbi fəaliyyətə başlayır.

1888-ci il — Təbrizdə "Dəbestan" (ibtidai məktəb) adlı ilk xüsusi yeni tipli ("üsuli-cədid") məktəbi İran maarifinin atası Mirzə Həsən Rüşdiyyə tərəfindən açıldı. O, Cənubi Azərbaycanda, ilk dəfə olaraq, əlifbanı yeni sövti-üsul (səs üsulu) ilə Azərbaycan dili əsasında tədris etməyə başlamış, çoxlu dərsliklər, o cümlədən, "Vətən dili", "Ana dili" dərsliklərini yazmışdı.

1891-ci il — Tənbəki üsyanı başladı.

XX əsr

1900–1940-cı illər 1906-cı ildə qəbul olunmuş seçki nizamnaməsində Azərbaycan əyalətinin inzibati sərhədləri daraldıldı və bu əyalətə Təbriz, Urmiya, Xoy, Deyləmqan, Maku, Marağa, Binab, Miyandoab, Soucbulaq, Dehxarqan, Mərənd, Əhər, Ərdəbil, Meşkin, Astara, Xalxal, Sərab, Miyanə, Sainqala mahalları daxil edildi. 1908–1909-cu il — Təbrizdə Məşrutə inqilabının(1905–1911) gedişində Məhəmməd Əli şah Qacarın Məşrutəni ləğv etmək yolunda başladığı əks-inqilabı fəaliyyətə qarşı baş vermiş üsyan. 1908-ci il — Sərdar Homayun Vəli Qasım Təbrizin ilk bələdiyyə sədri təyin edildi. 1909-cu il: 19 aprel: Təbrizdə amerikalı müəllim və konstitusiya tərəfdarı olan Hovard Baskervil döyüşdə öldürüldü. 29 aprel: Rus kazakları şəhəri ələ keçirdilər. 29 aprel: Rus qüvvələrinin gəlməsi ilə monarxistlərin şəhəri mühasirəyə alması uğursuz oldu. 1910-cu il — Əhali: 200.000 (təxminən). 1911-ci il: