İşıqlı (əvvəlki adları: Ciyciyi ; Şıxlı)— Azərbaycan Respublikasının Füzuli rayonunun Dədəli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 17 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası Qubadlı rayonunun Muradxanlı inzibati ərazi vahidində kənd. Həkəri çayının sahilində, dağətəyi ərazidədir. Keçmiş adı Ciyciyi olmuşdur. Zəngilan rayonunda Ciyciyi dərəsi adlı yer də qeydə alınmışdır. Kənd sonralar Şeyx Şərif adlı şəxsin adı ilə Şıxlı adlanmış, sonralar tələffüzdə İşıqlı formasına düşmüşdür 1937-ci ildə yaxınlığındakı Binədərəsi, Damlanıc və Narcaq kəndləri də bu kəndə birləşdirilmiş, kəndin ərazisi xeyli böyümüşdür. Kəndin ərazisindəki köhnə qəbiristanlıq hazırda Şeyx Şərif qəbiristanı adlanır; Arazboyu düzənlikdədir. Oykonim Şıxlı nəslinin adı ilə bağlıdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Həmçinin bax Füzuli rayonu
İstinadlar
Xarici keçidlər
Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti
Kateqoriya:Füzuli rayonunun kəndləri