Çimən — Azərbaycan Respublikasının Füzuli rayonunun Cuvarlı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.

17 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Toponimikası Dağətəyi ərazidədir. Əsl adı Çəməndir. Yaşayış məntəqəsi çəmənlikdə (yaşıl otla örtülmüş sahədə) salındığı üçün belə adlandırılmışdır. Oykonim çəmənli tayfasının adından da ola bilər. Şahbuz rayonunun Biçənək və Keçili kəndlərində Çimənyurd adlı yerlər qeydə alınmışdır.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. AMEA. Nəsimi adına Dilçilik İnstitutu. Bakı: Şərq-qərb, 2007, səh. 427

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq olub.

Həmçinin bax Füzuli rayonu

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti

Kateqoriya:Füzuli rayonunun kəndləri