Azərbaycan Tibb Universiteti – Azərbaycanın tibb profilli ali təhsil müəssisəsi.

Tarixi

AXC dövrü Azərbaycanda yüksəkixtisaslı tibb kadrlarının hazırlanması 1919-cu ilin noyabrında ilk Azərbaycan Demokratik Respublikası parlamentinin qərarına əsasən, tibb fakültəsi də daxil olmaqla dörd fakültədən ibarət Bakı Dövlət Universitetinin yaradıldığı vaxtdan başlamışdır. 1919-cu ilin may ayında tanınmış cərrah professor İ. Razumovskinin rəhbərliyi altında xüsusi hazırlıq komissiyası təşkil edilmiş, üç ay sonra isə Universitet ilk tələbələrini qəbul etmişdir. Tibb fakültəsinin yaradılmasında tanınmış alimlərdən professorlar İ. Şirokoqorov, S. Davidenkov, F. İlyin, L. Levin, N. Uşinski, K. Malinovski, P. Rostovsev, M. Çlenov və başqalarının böyük rolu olmuşdur. Hökumətin qərarına əsasən, Bakı şəhərinin mühüm xəstəxanaları Universitetin istifadəsinə verildi. Həmin dövrdə tibb kadrları hazırlanmasının Bakı Dövlət Universitetinin ilk buraxılışı 1922-ci ildə oldu və 30 məzuna həkim adı verildi. Onların arasında iki azərbaycanlı qız da var idi: Adilə Şahtaxtinskaya və Ceyran Sultanova.

SSRİ dövrü

1930–1940-cı illər 1930-cu ilə kimi Bakı Dövlət Universiteti tibb fakültəsi 1407 həkim hazırladı. Onların arasında 292 azərbaycanlı oğlan və 56 qız var idi. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyunda Bakı Dövlət Universiteti tibb fakültəsinin müstəqil, 2 fakültəsindən ibarət (müalicə-profilaktika və sanitariya-gigiyena) tibb institutuna çevrilməsi haqqında 287\99 saylı qərarı verildi.

İkinci Dünya müharibəsi dövründə 1940-cı ilin əvvəllərində 3 fakültədə 45 kafedra fəaliyyət göstərirdi. İllik tələbə qəbulu 500 nəfər idi. İkinci dünya müharibəsi illərində institut cəbhə üçün həkim hazırlanmasına böyük yardım göstərirdi. Cəbhənin yaxın olmasına baxmayaraq, 1941–1944-cü illər ərzində institutda bir gün də olsa dərslər dayandırılmadı, 2082 həkim hazırlandı. Həmin illərdə ATİ-nin müharibə dövründəki fəaliyyəti yüksək qiymətləndirildi; institut 1943-cü ildə Keçici Qırmızı Bayraqla təltif edildi.

1945–1992-ci illər 1957-ci il 29 aprel tarixində institut üçün tarixi gün oldu. Azərbaycan Respublikası Ali Sovetinin fərmanına əsasən instituta tanınmış ictimai xadim, həkim, yazıçı Nəriman Nərimanovun adı verildi və institutun bütün sonrakı fəaliyyəti onun adı ilə bağlı oldu.

Sonrakı illər institutun maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni kafedra və kursların açılması ilə əlamətdar oldu. Belə ki, üçüncü tədris binasının tikintisi başa çatdırıldı, birinci və ikinci tədris binaları tikilib istifadəyə verildi.

Azərbaycan Tibb İnstitutu təşkil edilməsinin 50-illik yubileyi ərəfəsində səhiyyənin, tibb elminin inkişafında və tibb kadrlarının hazırlanmasında xidmətlərinə görə, Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edildi.

1991-ci il 4 fevralda Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə ATİ-yə Universitet statusu verilmişdir, o vaxtdan etibarən institut N. Nərimanov adına Azərbaycan Tibb Universiteti adlanır.

Akademik

Fakültələr

Bakalavr FakültəTəsis olunubFakültə dekanıİstinadlarI Müalicə-profilaktika5 may 1974Elşad Mirzəli oğlu NovruzovII Müalicə-profilaktika5 may 1974İsrail Şəmşəd oğlu Məhərrəmbəyliİctimai səhiyyə1930Qalina Qəniyeva SədirovnaStomatologiya1954Səid İlham oğlu ƏhmədovƏczaçılıq1938Fərəh İlham qızı MədətliHərbi tibb25 may 2000

Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar +Tibb (müalicə işi, pediatriya) fakültəsi üzrəStomatologiya fakültəsi üzrəİctimai səhiyyə fakültəsi üzrəAilə təbabətiAğız, üz və çənə cərrahiyyəsiTibbi biokimyaAnesteziologiya-reanimatologiyaEndodontiyaTibbi mikrobiologiyaAviasiya təbabətiOral patologiyaYoluxucu xəstəliklər və kliniki mikrobiologiyaDaxili xəstəliklərOral radiologiyaDermatovenerologiyaOrtodontiyaFizioterapiya və tibbi reabilitasiyaOrtopedik stomatologiyaİdman təbabətiParodontologiyaKardiologiyaRestorativ stomatologiyaMamalıq-GinekologiyaUşaq stomatologiyasıMəhkəmə-tibbi ekspertizaNevrologiyaNeyrocərrahiyyəNüvə təbabətiOftalmologiyaOrtopediya və travmatologiyaOtorinolarinqologiyaPediatriyaPlastik, rekonstruktiv və estetik cərrahiyyəPsixiatriyaPulmonologiyaRadiologiyaSualtı və hiperbarik təbabətŞüa onkologiyasıTəcili tibbTibbi biokimyaTibbi genetikaTibbi mikrobiologiyaTibbi patologiyaTorakal cərrahiyyəUrologiyaUşaq cərrahiyyəsiUşaq və yeniyetmə psixiatriyasıÜmumi cərrahiyyəÜrək-damar cərrahiyyəsiYoluxucu xəstəliklər və kliniki mikrobiologiya

Kafedralar FakültəFakültənin nəzdindəki kafedralarI Müalicə-profilaktika fakültəsiTibbi biologiya və genetika kafedrasıI mamalıq-ginekologiya kafedrasıOftalmologiya kafedrasıDermatovenerologiya kafedrasıNevrologiya kafedrasıAnesteziologiya ve reanimatologiya, intensiv terapiya kafedrasıI daxili xəstəliklər kafedrasıI cərrahi xəstəliklər kafedrasıIII cərrahi xəstəliklər kafedrasıİnsan anatomiyası və tibbi terminologiya kafedrasıOnkologiya kafedrasıMəhkəmə təbabəti kafedrasıNeyrocərrahlıq kafedrasıI Uşaq xəstəlikləri kafedrasıUşaq cərrahlığı kafedrasıSitologiyada, embriologiya ve histologiya kafedrasıAllerqologiya və immunologiya kafedrasıII Müalicə-profilaktika fakültəsiNormal fiziologiya kafedrasıII mamalıq və ginekologiya kafedrasıUrologiya kafedrasıTravmatologiya və ortopediya kafedrasıII daxili xəstəliklər kafedrasıÜmumi cərrahlıq kafedrasıII cərrahi xəstəliklər kafedrasıII Uşaq xəstəlikləri kafedrasıRadiologiya kafedrasıPsixiatriya kafedrasıAilə təbabəti kafedrasıPatoloji fiziologiya kafedrasıPatologiya kafedrasıIII Daxili xəstəliklər kafedrasıİctimai səhiyyə fakültəsiTibbi və bioloji fizika kafedrasıFizioterapiya və tibbi reabilitasiya kafedrasıUşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasıTibbi mikrobiologiya və immunologiya kafedrasıEpidemiologiya və biostatistika kafedrasıBioloji kimya kafedrasıQidalanma və tibbi ekologiya kafedrasıİctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasıYoluxucu xəstəliklər kafedrasıStomatologiya fakültəsiOrtopedik stomatologiya kafedrasıAğız və üz-çənə cərrahiyyəsi kafedrasıUşaq stomatologiyası kafedrasıTerapevtik stomatologiya kafedrasıQulaq, burun və boğaz xəstəlikləri kafedrasıXarici dillər kafedrasıOrtodontiya kafedrasıƏczaçılıq fakültəsiAzərbaycan dili kafedrasıƏczaçılıq texnologiyası və idarəçiliyi kafedrasıFarmakoqnoziya kafedrasıFarmakologiya kafedrasıƏczaçılıq kimyası kafedrasıƏczaçılıq toksikologiyası və kimya kafedrasıİctimai fənlər kafedrasıHərbi tibb fakültəsiHərbi terapiyaTibbi profilaktikaHərbi cərrahiyyəTibb xidmətinin təşkili və taktikası

Tərkibi

Yataqxanalar Azərbaycan Tibb Universitetində 6 tələbə yataqxanası mövcuddur. Onlardan ikisi oğlanlar, ikisi qızlar, digər iki yataqxana isə xarici tələbələr üçündür. 1 və 2 saylı yataqxanalarda Azərbaycan vətəndaşı olan qız tələbələr, 6 saylı yataqxanada Azərbaycan vətəndaşı olan oğlan tələbələr, 5 saylı yataqxanada isə xarici tələbələr yerləşdirilirlər. Hazırda yataqxanaların ümumi tutumu 965 nəfərə yaxındır.

Tədris Stomatoloji Klinikası 2002-ci ildə yaradılmışdır. Tədris Stomatoloji klinikada terapevtik, ortopedik, ağız və üz-çənə cərrahiyyəsi, uşaq stomatologiyası kafedraları və müalicə-profilaktika və digər fakültələrin tələbələri üçün stomatologiya kafedrası ilə bərabər, terapiya, cərrahiyyə, ortopediya, ortodontiya, parodontologiya, implantologiya, fizioterapiya, rentgen şöbələri və laboratoriyalar fəaliyyət göstərir. ATU-nun Tədris Stomatoloji klinikasının nəzdində tədris mərkəzi də fəaliyyət göstərir.

Onkoloji Klinika ATU-nun nəzdindəki Onkoloji klinika 2007-ci ildən fəaliyyət göstərir.Onkoloji klinika 2 stasionar şöbədən, gündüz stasionarından, poliklinika və diaqnostika şöbəsindən, əməliyyat və anestezioloji şöbədən ibarətdir. Klinikada müasir tipli uşaq onkologiyası şöbəsi də yaradılmışdır. Klinikada 24 saat ərzində fəaliyyət göstərən ekspress-laboratoriya da vardır. Klinikanın əməliyyat və anestezioloji şöbəsi 4 əməliyyat otağından və 8 çarpayılıq əməliyyatdan sonra xəstələrə nəzarət bölümündən ibarətdir.

Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası 2010-cu ildən fəaliyyət göstərir.Klinikada efferent terapiya mərkəzi, endekrinologiya, endoskopiya, hematologiya, heriatriya, kardiologiya, klinik diaqnostik laboratoriya, kansultativ-diaqnostik poliknika, nevrologiya, pulmonologiya, allerqologiya və nefrologiya, reanimasiya və intensiv terapiya, revmatologiya və qastroenterologiya, şüa diaqnostika, təcili tibbi yardım, ürək-damar mərkəzi, uşaq kardio-revmatologiya, uşaq pulmonologiya, allerqologiya və endokrinologiya şöbələri fəaliyyət göstərir. Klinikada 12 klinik kafedra yerləşdirilmişdir beləliklə klinikada eyni vaxtda 640 tələbəni qəbul edə biləcək multimedia sistemi ilə təchiz olunmuş 8 mühazirə zalı, gündə 1000-ə qədər tələbəni qəbul edə bilən, kompüterləşdirilmiş 70-ə qədər dərs otağı var.

Tədris Cərrahiyyə Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası 2013-cü ildən fəaliyyət göstərir. 500 çarpayılıq klinikada cərrahi və diaqnostik istiqamətlərdə 18 kafedra, 28 şöbə mövcuddur. Klinikada ümumi cərrahiyyə, uşaq cərrahiyyəsi, döş qəfəsi cərrahiyyəsi, oftalmologiya, travmatologiya, neyrocərrahiyyə və digər şöbələr həmçinin klinikanın mərkəzi laboratoriyasında biokimya, mikrobiologiya, immunologiya, molekulyar genetika və digər bölmələr fəaliyyət göstərir.

Kitabxana Azərbaycan Tibb Universitetinin Əsaslı kitabxanası universitetin 5 saylı tədris binasında yerləşir, 260 nəfərlik 3 oxu zalı mövcuddur. Zallardan birində fərdi noutbuklar üçün 32 yer quraşdırılıb. Oxuculara 9 kompüterlə xidmət edilir. Kitab fondu 805 min nüsxəyə çatmışdır.

Tələbələr üçün

Tələbə Elmi Cəmiyyəti 1947-ci ildə Azərbaycan Tibb Universitetində Tələbə Elmi Cəmiyyəti yaradılmışdır. Bu cəmiyyətin xətti ilə hər ilin may ayında yekun Ümumuniversitet konfransı keçirilir. Təşkilatın plenar iclaslarında və seksiyalarda dinlənilən ən yaxşı işlər həmin ilin dekabr ayında "İlin ən yaxşı tələbə elmi işi" müsabiqəsinə təqdim edilir və ən yaxşı işlər tələbələrin Ümumrespublika konfransında dinlənilərək, münsiflər tərəfindən mükafatlandırılır. Tələbələrin bir qrupu hər il beynəlxalq müsabiqələrdə iştirak edərək I dərəcəli diplomlara, sertifikatlara layiq görülürlər. Son 10 il ərzində Tələbə Elmi Cəmiyyətinin xətti ilə fakültələr üzrə 150, kafedralar üzrə 1500-dən artıq elmi konfrans keçirilmişdir.

Tələbə Həmkarlar İttifaqı Komitəsi ATU-da tələbələrlə bağlı qəbul olunan bütün qərarlarda Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ATU THİK) rəyi nəzərə alınır. 2022-ci ildən qurumun sədri vəzifəsini pediatr Qoşqar İsmayılov icra edir.

Klublar ATU THİK himayəsində bir sıra klublar fəaliyyət göstərir:

ATU Kitab Klubu "FLASHMOB" komandası "Həyat" Teatr Klubu "Hilal" Yardım Klubu "NƏ? HARADA? NƏ ZAMAN? oyunu üzrə intellektual klub "Medical conversation" Danışıq Klubu Media Departmenti Rəsm Klubu Şahmat Klubu "VOİS" — Xarici Tələbələrin Səsi Klubu Yaradıcılıq Klubu

ATU Kitab Klubu thumb|237x237px|ATU Kitab Klubunun simgəsi ATU Kitab Klubu 23 fevral 2023-cü ildə fəaliyyətə başlamışdır. Hazırda Rüfət Həsənlinin sədrlik etdiyi, Aytəkin Güliyevanın isə sədr müavini olduğu klubun, ümumilikdə, 13 nəfərdən ibarət İdarə Heyəti və 500-dən çox üzvü var.