Oliver Tri Nikell () — ABŞ müğənnisi. Tri "When I'm Down" mahnısının populyarlıq qazanmasından sonra, 2017-ci ildə Atlantic Records ilə müqavilə bağladı və 2020-ci ildə ilk studiya albomu "Ugly Is Beautiful"u buraxdı. Onun uğuru "Life Goes On" və "Miss You" mahnıları ilə daha da artdı. Onun ikinci studiya albomu "Cowboy Tears" 18 fevral 2022-ci ildə işıq üzü gördü.

Həyatı Oliver Tri Nikell 29 iyun 1993-cü ildə Kaliforniya ştatının Santa-Kruz şəhərində anadan olub. O deyir ki, "üç yaşında piano dərsləri alıb, növbəti il mahnı yazmağa başlayıb və altı yaşında albom yaradıb".

Tri San-Fransisko Dövlət Universitetində iki il biznes ixtisası üzrə təhsil alıb.

Diskoqrafiyası Ugly Is Beautiful (2020) Cowboy Tears (2022) Alone in a Crowd (2023)

İstinadlar

Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Kaliforniya musiqiçiləri Kateqoriya:XXI əsr ABŞ repçiləri