Kameron Eyveri (, ) — avstraliyalı musiqiçi, müğənni və bəstəkar. Pond qrupunun üzvü və Tame Impala ilə əməkdaşlığı ilə tanınır. Həmçinin o, The Growl qrupunun solistidir.

Həyatı Şərqi Frimantlda anadan olan Eyveri, bir neçə illik Pertin şimalına köçdü; valideynləri ayrılana qədər 6 yaşına kimi Brum şəhərində yaşadı. 7 yaşında müvəqqəti olaraq Komoda məskunlaşdı və Collier İbtidai Məktəbində oxudu. O, heç vaxt məktəbə uyğun gəlmədiyini və "xordan başqa heç bir şeydə yaxşı olmadığını" dedi. Eyveri daha sonra anası və qardaşı Eliott ilə birlikdə Liminqdəki nənəsinin evində yaşamağa davam etdi.

Erkən yaşlarından Avstraliyanın peşəkar futbolçusu olmağa və AFL-də West Coast Eagles komandasında oynamağa can atırdı. Eyveri on altı yaşında gitara çalmağa, on yeddi yaşında isə mahnı yazmağa başladı; uşaq ikən arabir piano çalırdı. Gəncliyində blüz, soul musiqiçilərini xüsusilə Skip Ceyms və Son Hausu dinləyirdi.

Karyerası Eyveri əvvəlcə Red Shoes Boy qrupunun üzvü kimi fəaliyyətə başladı və müğənni Abbe May üçün təbil çaldı, daha sonra The Growl qrupunu yaratmaq üçün ayrıldı.

Bir dostunun sayəsində o, Tame Impala-nın solisti Kevin Parker ilə tanış oldu. Sonra Pert musiqi səhnəsinin bir hissəsi olacaq: Cey Vetson, Ceymi Terri və Co Rayan ilə birlikdə Pond-un qurucu üzvü oldu. Eyveri bir müddətdən sonra qrup üzvü və dostu Nik Albruk ilə yaşamağa davam etdi və Allbrook/Avery duetini yaratdı.

Şəxsi həyatı Eyveri 2018-ci ildə model Alisa Miller ilə ailə həyatı qurdu. 29 noyabr 2018-ci ildə Miller Instagram hesabı vasitəsilə cütlüyün ayrıldığını bildirdi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Avstraliyada doğulanlar Kateqoriya:Avstraliya müğənniləri