– Yaponiya astronomu. O, coğrafi enliklərin variasiyalarını müşahidə edərək onları hesablamaq üçün bərabərlik tərtib etmişdir.

Həyatı Hisaşi Kimura 1870-ci ildə Yaponiyanın İşikava prefekturasının Kanazava şəhərində doğulmuşdur. 1892-ci ildə Tokio Universitetinin nəzdində olan Elm kollecinin astronomiya fakültəsindən məzun olmuşdur. Daha sonra Tokio Astronomiya Rəsədxanasında işləməyə başlamış və 1899-cu ildə Mizusava Enlik Rəsədxanasının ilk direktoru seçilmişdir. Bu rəsədxana Beynəlxalq Enlik Xidmətinin yaranması ilə əlaqədar olaraq qurulmuş 6 stansiyadan biri idi. Kimura burada qütblərin hərəkəti nəticəsində yaranan enlik variasiyalarını tədqiq etməyə başlamışdır.

Həmin dövrdə qütblərin hərəkətindəki dalğalanmanı ifadə etmək üçün iki termdən istifadə olunsa da, stansiyalarda müşahidə olunan variasiyalar gözlənilməz nəticələr vermişdi. Kimura 1902-ci ildə müşahidə olunan enlik variasiyalarının 3 termlə daha yaxşı ifadə olunacağını bildirmişdir və təqdim etdiyi term Kimura termi adlanmağa başlamışdır. Kimuranın 1902-ci ildəki qeydləri "Astronomical Journal" və "Astronomische Nachrichten" jurnallarında nəşr olunmuşdur.

Mükafatları Kimura Kral Astronomiya Cəmiyyətinin Qızıl medalına və Yaponiya Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür. 1937-ci ildə "Mədəniyyət" ordeninə layiq görülən ilk şəxs olmuşdur. Ayda yerləşən Kimura krateri onun şərəfinə adlandırılmışdır.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya astronomları Kateqoriya:İmperator Mükafatının laureatları