– Edo dövründə yaşamış Yaponiya astronomu və təqvim islahatçısı. Onun tərəfindən tərtib olunmuş Kansey təqvimi 1798-ci ildə istifadə olunmağa başlanmışdır. Kartoqraf İno Tadatakanın müəllimi olmuşdur.
İlk illəri və karyerası Takahaşi Yoşitoki 1764-cü ildə Yaponiyanın Osaka şəhərində doğulmuşdur. Atası Takahaşi Tokuciro aşağı rütbəli məmur idi. O, gənc yaşlarından etibarən riyaziyyata maraq göstərmişdir. 1779-cu ildə atasının peşəsini götürmüş, boş vaxtlarını intellektual fəaliyyətə həsr etməyə qərar vermişdir. 1787-ci ildə təqvim alimi Asada Qoryudan dərslər almağa başlamışdır. O, Asadanın digər tələbəsi olan Hazama Şiqetomi ilə yaxın əlaqələr qurmuşdur.
Takahaşi Asadanın dəstəyi ilə daha dəqiq Ay təqvimi hazırlamaq üçün riyaziyyat və müşahidə texnikalarını öyrənməyə davam etmişdir. Asadanın məktəbində İqnats Köqler tərəfindən redaktə olunmuş "Təqvim elmi və astronomiya kompendiumuna sikvel" əsərini oxuyaraq Kepler qanunları və Covanni Kassininin Günəş ilə Ayın hərəkətləri haqqında olan işləri ilə tanış olmuşdur.
Elmi töhfələri thumb|Qenku məbədində yerləşən qəbri.|180px Asada məktəbinin reputasiyasının güclənməsi və elmdə əldə olunan irəliləyişlərlə əlaqədar olaraq Tokuqava şoqunluğu Horyaku təqviminin köhnəldiyi və təqvim islahatının vacib olduğu qənaətinə gəlmişdir. Təqvim islahatı layihəsinə Asada dəvət olunsa da, xəstə olduğu üçün Takahaşi və Hazamanı məsləhət görmüşdür. Onlar Edo şəhərinə getmiş və Takahaşi 1795-ci ildə Astronomiya bürosuna qəbul edilmişdir. Təqvim islahatı üçün planlar 1797-ci ildə tamamlanmış və Kansey təqvimi adlı yeni təqvim 1798-ci ildə rəsmi olaraq istifadə olunmağa başlamışdır.
Takahaşi hesab edirdi ki, Ay təqviminin dəqiq olması üçün coğrafi uzunluqların və enliklərin də dəqiq hesablanması lazımdır. O, tələbəsi İno Tadatakanın köməyi ilə milli ölçmə işi başlatmışdır. Gördükləri iş nəticəsində Yaponiya ilə bağlı böyük xəritə kolleksiyası yaranmışdır. O, İnonun coğrafi uzunluqlar və enliklər haqqındakı işlərinə böyük təsir göstərmişdir.
Takahaşi Qərbdən bir çox ideya götürmüş, trepidasiya üçün episiklik nəzəriyyə üzərində işləmişdir. O, Jerom Lalandın "Astronomiya haqqında traktat" əsərinin holland versiyasını tərcümə etməyə başlamış və "Laland astronomiyasının təhlili" adlı əsər tərtib etmişdir. Lakin əsərin tərcüməsini tamamlaya bilməmişdir. Həyatının sonlarına doğru planetlərin hərəkətini hesablamaq üçün dəqiq metodlar hazırlamağa çalışmışdır.
Ailəsi Takahaşinin iki oğlu da astronom olmuşdur. O, öləndə böyük oğlu Takahaşi Kaqeyasu atasının Astronomiya bürosundakı yerini tutmuşdur. İkinci oğlu Takahaşi Kaqesuke isə Şibukava ailəsi tərəfindən qəbul edilmişdir.
Takahaşi Kaqesuke atasının yarımçıq işini götürərək Jerom Lalandın əsərinin tərcüməsini başa çatdırmışdır.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiya astronomları Kateqoriya:Yaponiya riyaziyyatçıları Kateqoriya:Vərəm xəstəliyindən ölənlər