Şibukava Şunkay və ya – Yaponiya astronomu, təqvim alimi, qo oyunçusu və samurayı. Atasının adı olan ilə tanınmış, lakin özünə Şibukava Sakuzaemon adını da götürmüşdür. O, təqvim hazırlayan ilk yapon alimdir.
İlk illəri və karyerası Şibukava 1639-cu ildə Yaponiyanın Kioto şəhərində yaşayan Yasui ailəsində doğulmuşdur. Atası peşəkar qo oyunçusu idi. Uşaq olanda Rokuzo adı ilə çağırılmışdır. Atasının 1652-ci ildəki ölümündən sonra qo oyununu peşəsi kimi qəbul etmiş və atasının Santestu adını götürmüşdür.
O, gənc yaşlarından etibarən astronomiya və təqvim elmi sahəsində bacarıqlarını nümayiş etdirməyə başlamışdır. Ansay Yamazakidən konfusiçilik və şintozim dərsləri, Cyunşo Matsuda, Tayfuku Abe və Qentey Okanoydan təqvim elmi dərsləri almışdır.
Şibukava həyatının böyük hissəsini Edo şəhərində keçirsə də, qo oynamadığı vaxtlar Kiotoda olmuşdur. Mito əyalətinin daymyosu Mitsukuni Tokuqava və Ayzu əyalətindən Masayuki Hoşina onu mühazirə verməyə dəvət etmişdirlər. Hoşina Şibukavanı şoquna təqvim islahatı üçün ən münasib şəxs kimi göstərmişdir. Şibukava 1864-cü ildə Astronomiya bürosuna qəbul edilmişdir. 1686-cı ildə iqamətgahını Edo şəhərinə köçürmüş, 1692-ci ildə samuray olmuşdur. 1702-ci ildə Yasui ailəsinin orijinal soyadı olan Şibukava soyadını qəbul etmişdir.
Şibukava 1715-ci ildə Edo şəhərində ölmüşdür. Qəbri Tokionun Şinaqava xüsusi rayonundakı Tokay Zen məbədində yerləşir.
Elmi töhfələri Şibukava bir neçə illik müşahidələrindən sonra Yaponiyada 800 ildən çox istifadə olunmuş Çin təqvimi olan Süanmin təqvimində Ay tutulması tarixlərinin səhv olduğunu və digər xətaları kəşf etmişdir. O, müəllimi Tayfuku Abe ilə birlikdə Yuan sülaləsinin təqvimi əsasında Cokyo təqvimini hazırlamış və Yaponiyada təqvim islahatını dəstəkləmişdir. Bu təqvim 1685-ci ildə Tokuqava şoqunluğu tərəfindən rəsmi olaraq qəbul edilmiş və 1755-ci ilə qədər istifadə edilmişdir.
Şibukava "Nihon Çoreki" adlı işini () tərtib etmiş, Mitsukuni Tokuqava üçün qlobus hazırlamışdır. O, "Tenşo Retsuci no Zu" (1670), "Tenmon Bunya no Zu" (1677) və "Tenşo Seyşo Zu" (1699) kimi ulduz xəritələrinin müəllifi olmuşdur. Oğlu Hisatadanın adı ilə nəşr olunmuş "Tenşo Seyşo Zu" əsərində ənənəvi Çin ulduz xəritəsində olmayan yeni bürcləri göstərmişdir.
Populyar mədəniyyətdə 2012-ci ildə rejissor Yociro Takita tərəfindən çəkilmiş "Yerdə və göydə dərindüşüncəlilik" filmi Şibukava Şunkayın həyatından bəhs edir. Filmdə astronomu Cuniçi Okada canlandırmışdır.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiya astronomları Kateqoriya:Edo dövrü şəxsləri Kateqoriya:Samuraylar Kateqoriya:Qo oyunçuları