Zakari Vilyam "Bill" Dess () — Two Feet təxəllüsü ilə tanınan amerikalı müğənni, bəstəkar və prodüser. Nyu-Cersi ştatının Tenaflay şəhərindəki Tenaflay Liseyində oxuyub.
Dess Two Feet-i yaratmazdan əvvəl caz və blüz ansambllarında ifa edirdi.Two Feet biography at Allmusic "Go Fuck Yourself" adlı sinqlı SoundCloud-da viral hitə çevrildikdən sonra o, Republic Records ilə müqavilə imzaladı. Sinql ABŞ-nin Hot Rock Songs hit paradında 36-cı yerə çıxdı. Onun növbəti sinqlı "I Feel Like I'm Drowning" 2018-ci ildə ABŞ Alternativ Mahnılar hit paradında bir nömrəyə yüksəldi. 5 oktyabr 2018-ci ildə Two Feet, "I Fell Like I'm Drowning" "Hurt People" sinqllarını əks etdirən A 20 Something Fuck adlı albomunu buraxdı. 13 mart 2020-ci ildə Pink adlı ikinci albomunu və 16 aprel 2021-ci ildə üçüncü albomu Max Maco Is Dead Right?-ı çıxartdı. Onun dördüncü albomu Shape & Form 13 may 2022-ci ildə yayımlandı.
Diskoqrafiya
Studiya albomları A 20 Something Fuck (2018) Pink (2020) Max Maco Is Dead Right? (2021) Shape & Form (2022)
Mini albomlar First Steps (2016) Momentum (2017)
İstinadlar
Kateqoriya:1993-cü ildə doğulanlar Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:Republic Records artistləri