Əbdücəlil Həşimov (; ) — Tacikistan müğənnisi (dramatik tenor), Tacikistanın xalq artisti, bəstəkar, instrumental ifaçı.

Həyatı Əbdücəlil Həşimov 1 yanvar 1944-cü ildə Tacikistan SSR-in Leninabad rayonunun Kastakoz kəndində anadan olmuşdur. 1961-ci ildə orta məktəbi bitirmiş, 1961–1963-cü illərdə doğma kəndində konserv zavodunda klubda musiqi müəllimi işləmişdir. 1963–1994-cü illərdə Tacikistan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin nəzdində fəaliyyət göstərən "Şaşmakom" ansamblının solisti-vokalçısı olmuşdur. 2000–2005-ci illərdə Tacikistan Dövlət Konservatoriyasının kafedrasının dosenti, 2005-ci ildən professor.

İstinadlar

Kateqoriya:Tacikistan bəstəkarları Kateqoriya:XX əsr bəstəkarları