"Aftonbladet"Зарубежная печать : Краткий справочник. Газеты. Журналы. Информационные агентства / гл. ред. С. А. Лосев. — М. : Политиздат, 1986. — С. 143. (; mənası – "Axşam qəzeti") — İsveç tabloid qəzeti. İndiki dövrdə Skandinaviyadakı ən böyük gündəlik qəzetdir və Skandinav ölkələrinin ən böyük qəzetlərindən biridir.

Tirajı 1998-ci ildə "Aftonbladet" həftəiçi 397,000 nüsxə, bazar günləri isə 502.000 nüsxə tirajla çıxmışdır. 2001-ci ildə qəzetin tirajı 402,000 nüsxə idi. 2004-cü ildə 422,000 nüsxə tirajla qəzet İsveçdə və digər Şimali Avropa ölkələrində ən çox satılan çap nəşri olmuşdur.

2006-cı ildə qəzetin gündəlik 1,425,000 oxucusu var idi, bu da İsveç əhalisinin təxminən 15%-ni təşkil edir. 2014-cü ildə tirajı 154,900 nüsxə idi. 2010-cu ildə tirajı 310,900 nüsxə, 2014-cü ildə isə 154,900 nüsxə olmuşdur.

İnternetdə nəşrlər "Aftonbladet" internetdə olduqca erkən dövrdə dərc olunmağa başlamışdır. İlk dəfə 25 avqust 1994-cü ildə internetdə məqalə dərc etmişdilər. Əsas xəbər xidməti ödənişsizdir.

İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər

История компании

Kateqoriya:İsveç qəzetləri