"Əl-Cümhuriyyə" (; mənası – respublika) — dövlətə məxsus Misir gündəlik qəzeti.

Tarix və profil "Əl-Cümhuriyyə" 1954-cü ildə Misir inqilabından sonra qurulmuşdur və yeni rejimin aparıcı media orqanı olmuşdur. Qəzet "Vəfd" partiyasının rejim tərəfindən ləğv edilmiş "Əl-Misri" qəzetinin imkanlarından istifadə etməklə nəşr edilmişdir. Ənvər Sədat qəzetin redaktoru olmuşdur. Qəzetin nəşriyyatçısı 1952-ci il inqilabından sonra əsası qoyulan "Dar Əl-Təhrir"dir. Buna baxmayaraq, "Əl-Cümhuriyyə" Camal Əbdül Nasirin qarşıya qoyduğu məqsədlərə tam nail ola bilməmişdir.

2000-ci ildə gündəlik tirajı 400,000 nüsxə idi. 2005-ci ildə gündəlik tirajı 200,000 nüsxəyə enmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Misir qəzetləri Kateqoriya:Ərəb dilində qəzetlər Kateqoriya:1954-cü ildə yarananlar Kateqoriya:Dövlət mediası