Hacızadə Hikmət Əbdürrəhim oğlu () — Azərbaycanın Rusiyadakı keçmiş səfiri, siyasi xadim, diplomat.

Həyatı və fəaliyyəti Hikmət Hacızadə 1954-cü ildə Bakıda anadan olmuşdur. 1977-ci ildə ADU-nun fizika fakültəsini bitirmiş, 1983-cü ildə Moskvada fizika-riyaziyyat elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.

H.Hacızadə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində işləmişdir. 1988-ci ildə "perestroyka" ilə başlayan Azərbaycanın istiqlal hərəkatında fəal iştirak etmiş, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, birinci İdarə Heyətinin üzvü, AXC-nin "Svoboda" qəzetinin redaktoru olmuşdur. Xalq Cəbhəsinin hakimiyyəti dövründə baş nazirin müavini və Azərbaycanın Rusiyada səlahiyyətli nümayəndəsi işləmişdir.

1993-cü ildən Müsavat Partiyasının və onun Divanının üzvü olmuşdu. Demokratiya və İnsan haqları barəsində biliklərin ayılması ilə məşğul olan İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (FAR-Centre) qurucusu və vitse-prezidenti idi. Xalq Cəbhəsi və Müsavat Partiyasının nizamnamə və məramnamələrinin tərtibçilərindən biri, "keçid dövrü"nün problemləri, insan haqları tarixi və nəzəriyyəsi üzrə çoxsaylı məqalə və kitabçaların müəllifidir. thumb|190px|Hikmət Hacızadənin məzarı.

Onun demokratiya problemlərinə həsr olunmuş Azərbaycanda ilk esse olan "Demokratiya haqqında 150 000 işarə" kitabı 1995-ci ildə nəşr edilib. "İnsan Haqları — bəşəriyyətin əsas ideyası" (1997), "Demokratiya: Gediləsi uzun bir yol" (Demokratiya Antalogiyası) və başqa kitabların müəllifidir.

17 noybar 2014-cü ildə Müsavat Partiyası sıralarından öz ərizəsi ilə istefa vermişdi.

O, daha sonra yaradılmış Azərbaycan Demokratiya və Rifah Hərakatının Məşvərət Şurasının üzvü olmuşdu.https://adr.az/news.php?id=41

Evli idi, bir oğlu var. 20 noyabr 2020-ci ildə vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər Hikmət Hacızadə Hikmət Hacızadənin Arxivi

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Azərbaycan diplomatları Kateqoriya:Azərbaycan səfirləri Kateqoriya:Azərbaycanın Rusiyadakı səfirləri Kateqoriya:Müsavat Partiyası Divanının üzvləri