Rey Məmmədbəyli — Azərbaycanlı futbolçu. Belçika futbol çempionatının super liqasında çıxış edən "Sent-Trüyden" futbol klubunun oyunçusu.

Rey Məmmədbəyli 6 yaşından İslam Kərimovun rəhbərliyi altında futbol oynamağa başlamış, sonralar Vaqif Paşayevin nəzarətində məşq etmişdir. Valideynlərinin işi ilə əlaqədar Belçikaya köçməli olmuşdur. Oradakı futbol məktəblərindən birinə yazılmışdır.

Əvvəlcə "Herent"in sıralarına qoşulmuş, sonradan "Löven"ə keçmişdir. 2008/2009 mövsümündə isə "Sent-Trüden"lə müqavilə bağlamışdır. "Sent-Trüden"in heyətində Belçika çempionatının ikinci dəstəsində son 3 turda oynamaq şansı qazanmış və 2 qol vurmuşdur.

Atası Elgiz Məmmədov da peşəkar futbolçu olmuş, Kəpəz, Qarabağ, Neftçi klublarında çıxış etmişdir.

Uğurları Belçika çempionatının ikinci dəstəsində çıxış etdiyi 36 oyunda 32 qol vurmuşdur.

Millidəki karyerası 2009-cu ilin noyabr ayında 19 yaşlılardan ibarət milli komandaya baxışa dəvət olunub. Yanvar ayında Sankt-Peterburqda keçirilən "Qranatkin turniri"nə aparılmış və 2 oyunda meydana çıxmışdır. Qol vurmamasina baxmayaraq baş məşqçi Bernhard Lippert Reyin oyunundan razılığını ifadə etmişdir..

İstinadlar

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Bakıda doğulanlar