– Yaponiyanın Kioto şəhərinin Sakyo rayonunda yerləşən şintoist məbədi. Yaponiya imperatorları Kanmu və Komeyə həsr olunmuşdur.

Haqqında Heyan məbədi 1895-ci ildə Heyan şəhərinin qurulmasının 1100 illiyi münasibətilə tikilmişdir. Məbəd Heyan şəhərinin qurulduğu dövrdə imperator olmuş Kanmuya və 1868-ci ildə Kiotoda oturan son imperator olan Komeyə həsr olunmuşdur. Məbədin haydeni və əsas darvazası Kioto sarayının orijinal binasının replikalarıdır.

Məbəd bağçalarına görə tanınır. İllik festivalları 3 aprel və 30 yanvar tarixlərində baş tutur. 3 apreldəki festival İmperator Kanmuya, 30 yanvardakı festival isə İmperator Komeyə həsr olunur. Bunlardan əlavə, məbəd 22 oktyabr tarixində baş tutan Ciday festivalına sponsorluq edir. Bu tədbir münasibətilə Kioto şəhərinə bir çox ziyarətçi gəlir.

Qalereya

Qeydlər

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Kiotodakı şintoist məbədləri Kateqoriya:Beppyo məbədləri Kateqoriya:Cinqular Kateqoriya:Kanpey-tayşalar Kateqoriya:Yaponiyanın əhəmiyyətli mədəni mülkləri Kateqoriya:1890-cı illərdə tamamlanmış tikililər Kateqoriya:İmperator Kanmu Kateqoriya:Yaponiyanın qeydiyyata alınmış maddi mədəni mülkləri