Bilbao Quggenheim muzeyi (, ) — İspaniyanın Bilbao şəhərindəki müasir incəsənət muzeyidir. Solomon Quggenheim Müasir İncəsənət Muzeyinin filiallarından biridir. Nervion çayının sahilində yerləşir.
Muzeydə daimi sərgilər, həm ispan, həm də xarici rəssamların müvəqqəti sərgiləri nümayiş etdirilir. Muzey binası Muzey binası amerikalı-kanadalı memar Frank Geri tərəfindən layihələndirilib və 1997-ci ildə ictimaiyyətə açılıb. Bina dərhal dünyanın ən möhtəşəm dekonstruktivist binalarından biri kimi tanındı. Memar Filip Conson onu "zəmanəmizin ən görkəmli binası" adlandırdıBilbao, 10 Years Later , The New York Times..
Sahildə yerləşən bina, bəlkə də planetlərarası səyahət üçün futuristik gəminin mücərrəd ideyasını təcəssüm etdirirGoogle Books — Learning from the Bilbao Guggenheim, Авторы: Ana María Guasch, Joseba Zulaika, стр. 51. Onu həmçinin quş, təyyarə, artişok və çiçək açan qızılgüllə müqayisə edirlərLearning from the Bilbao Guggenheim, Авторы: Ana María Guasch, Joseba Zulaika, стр. 41.
Hündürlüyü 55 metr olan mərkəzi atrium nəhəng metal çiçəyə bənzəyir, ondan iri əyri ləçəklər ayrılır, burada müxtəlif ekspozisiyalar üçün sərgi salonlarının enfiladaları yerləşirОрельская О. В. Современная зарубежная архитектура: учеб. пособие для студ. высш. учебных заведений — М.: Издательский центр «Академия», 2007—272 с..
Gerinin əksər işləri kimi, struktur da yumşaq konturlardan ibarətdir. Frank Geri bir müsahibəsində "əyrilərin qarma-qarışıq olmasını işığı tutmaq üçün nəzərdə tutulduğunu" iddia etdi. Binanın layihələndirilməsi zamanı CATIA avtomatlaşdırılmış dizayn sisteminin imkanlarından maksimum dərəcədə istifadə edilmişdir.
Bina ümumi sahəsi 24.000 m² olan titan təbəqələrlə üzlənmişdir. Bilbao effekti 75 milyon dollara başa gələn muzeyin tikintisi İspaniyanın çiçəklənən maliyyə, sənaye və turizm mərkəzi olan müasir Bilbaonun inkişafı üçün başlanğıc nöqtəsi oldu. Obyektin açılışından sonrakı üç il ərzində şəhərə 4 milyondan çox turist gəlib, müasir infrastruktura və memarlığa investisiyalar davam etdirilib. Bir simvolik bina sayəsində cəlbedici olmayan turistik məkanı mədəni məkana çevirmək fenomeni “Bilbao effekti” adlanır. thumb|center|800px|Bilbaoda Quggenheim muzeyinin mənzərəsi. thumb|220px| Hörümçək heykəli thumb|Muzeyin qarşısında "Küçük". Müəllif: Ceff Kuns.
İstinadlar
Kateqoriya:1997-ci ildə yaradılmış muzeylər Kateqoriya:Müasir incəsənət muzeyləri Kateqoriya:Bədii muzey və qalereyalar