Ton Dhık Thanq (; ) — Vyetnam kommunist dövlət xadimi, Vyetnam Demokratik Respublikasının ikinci və sonuncu prezidenti, birləşmiş Vyetnam Sosialist Respublikasının birinci prezidenti.
Həyatı Ton Dhık Thanq anadan olmuşdur. O, 1930-cu ildə Vyetnam Kommunist Partiyasına (VKP) daxil olmuşdur. Thanq 1951-ci ildən VKP MK-nın üzvü idi. O, 1950–1969-cu illərdə Vyetnam–Sovet Dostluğu Cəmiyyətinin sədri, 1955–1960 illərdə Vyetnam Demokratik Respublikasının (VDR) Milli Məclisi Daimi Komitəsinin sədri, 1960–1969-cu illərdə VDR-in prezident müavini, 1969–76 illərdə prezidenti olmuşdur. O, 1976–1980 illərdə Vyetnam Sosialist Respublikasının prezidenti idi.
Təltif və mükafatlar Thanq 1955-ci ildə "Xalqlar arasında sülhü möhkəmlətməyə" görə "Lenin" mükafatına layiq görülmüşdür. O, "Lenin" ordeni ilə təltif olunmuşdur.
İstinadlar
Əlavə ədəbiyyat Ton Duc Thang Infoplease Ton Duc Thang Encyclopædia Britannica Ton Duc Thang HighBeam Encyclopedia Kelley, Liam, Book review: Imagined Ancestries of Vietnamese Communism: Ton Duc Thang and the Politics of History and Memory Canadian Journal of History, Autumn 2006
Xarici keçidlər
Đại học Tôn Đức Thắng (Tôn Đức Thắng University) Interview: Christoph Giebel on BBC Kelley, Liam, Book review: Imagined Ancestries of Vietnamese Communism: Ton Duc Thang and the Politics of History and Memory Canadian Journal of History, Autumn 2006
Kateqoriya:Vyetnam prezidentləri Kateqoriya:Vyetnam vitse-prezidentləri Kateqoriya:Vyetnam inqilabçıları Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Marksistlər