Sultanovlar — Azərbaycan xalqının soylarından biri.

Soyun yaranması thumb|right|360px|Sultanovların ulu babası Həmzə sultanın sarayı Soyun ulu babası Həmzə sultandır. XVIII yüzilin ortalarında Qarabağın Alpout nahiyəsində yaşamışdı.Xanlıq yaranadan sonra Qaraçorlu mahalının naibi olmuşdu. 4 oğlu vardı. Onun törəmələri Sultanov soyadını qəbul etdilər.

Soyun məşhur nümayəndələri Xanmurad bəy Qaraçorlu — Qarabağ bəyi, Sultan bəyin babası. Əlipaşa bəy Sultanov — Xosrov bəy, Sultan bəy və Rüstəm bəy Sultanovların atası. Zəngəzurda böyük mülkləri olan bəy, bölgədə müdrik kəlamları və öz qoçaqlığı ilə tanınmışdır. Sultan bəy Sultanov — Azərbaycan xalq qəhrəmanı. Xosrov bəy Sultanov — dövlət xadimi, Qarabağın general-qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri. İsgəndər bəy Sultanov — Sultan bəy, Xosrov bəy və İsgəndər bəyin qardaşı Rüstəm bəy Sultanovun oğlu. Elburus Muradov — Azərbaycan Respublikasının əməkdar mühəndisi. Kamal bəy Paşayev — Böyük Vətən müharibəsinin iştirakçısı.

Mənbə Ənvər Çingizoğlu, Bir şəcərənin şaxı, "Soy" dərgisi, 1 (1), 2003, səh.41-44. Sultan bəyin izi ilə..., "Təzadlar" qəzeti, 2009

Həmçinin bax Hacısamlı camaatı