Vyetnam Xalq Ordusu (VXO; , , QĐNDVN) — Vyetnam Sosialist Respublikasının silahlı qüvvələrinin rəsmi adı.

Tarixi 22 dekabr 1944-cü il Vyetnam Xalq Ordusunun (VXO) yaranma tarixi hesab olunur. Bu gün nizami qüvvələrin ilk dəstəsi yaradılmış və Vo Nquyen Zyap tərəfindən idarə edilmişdir. Bu zaman dəstə 1 yüngül pulemyot, 17 tüfəng, 2 tapança və 14 çaxmaqlı tüfənglə silahlanmış 34 döyüşçüdən ibarət idi. 1944-cü il dekabrın 24 və 25-də dəstə ilk döyüş əməliyyatlarını həyata keçirmişdir. Burada Fransa müstəmləkə qoşunlarının iki postu hücuma məruz qalmış və ələ keçirilmişdir.История Второй Мировой войны 1939–1945 (в 12 томах) / редколл., гл. ред. А. А. Гречко. том 9. М., Воениздат, 1978. стр.327

Daha sonra Vo Nquyen Zyap VXO-nun ilk Baş Komandanı olmuşdur.

1945-ci ilin aprelində Vyetnamın Fransa və Yaponiyadan müstəqilliyi uğrunda mübarizə aparmaq üçün Ho Şi Min tərəfindən yaradılmış hərbi-siyasi təşkilat olan Vyetmin dəstələrində vuruşan döyüşçülərin sayı minə çatmışdır. O zaman əsas hərbi komandanlıq yaradılmış və ilk komandir heyətinin hazırlanması üçün məktəblər açılmışdır.История Второй Мировой войны 1939–1945 (в 12 томах) / редколл., гл. ред. А. А. Гречко. том 11. М., Воениздат, 1980. стр.109–114

15 may 1945-ci ildə "Vətəni xilas edən" və azadlıq dəstələrinin birləşməsi nəticəsində "Vyetnam Azadlıq Ordusu" yaradılmışdır.История Вьетнама, середина XIX — середина XX в. (пер. с вьетнам. И.Д. Бакшт и В.И. Мещерякова). М., "Наука", 1991. стр.321

İstinadlar

Əlavə ədəbiyyat The Years of Fighting and Building of the Vietnamese People's Army. Ha-noi, 1951. Nguyen Cong Luan. The NVA: A New Look. // Infantry. — March-April 1975. — Vol. 65 — No. 2. Придыбайло А. Вьетнамская Народная армия. — М., 1974. Марков М., Корин А. Вооружённые силы Вьетнама // Зарубежное военное обозрение. — 1994. — № 3. — С. 8–13.

Kateqoriya:Vyetnam Silahlı Qüvvələri Kateqoriya:Vyetnam Xalq Ordusu Kateqoriya:Ho Şi Min