AIDC F-CK-1 Ching-kuo (經國號戰機) Tayvanın çoxməqsədli reaktiv qırıcı təyyarəsidir. Təyyarə Çin Respublikasının keçmiş prezidenti olan Chiang Ching-kuonun adını daşıyır. İlk uçuşunu 1989-cu ildə etmiş və 1994-cü ilin yanvarında Çin Respublikası Hərbi Hava Qüvvələrinə təhvil verilmiş olan təyyarə 1997-ci ildən aktiv şəkildə xidmət göstərir.

Proqram ABŞ-nin Çinin diplomatik təzyiqi nəticəsində Tayvana özünün F-20 Tigershark və General Dynamics F-16 Fighting Falcon reaktiv qırıcılarının satışını dayandırmasından sonra Tayvan Respublikasının yerli qabaqcıl reaktiv təyyarə hazırlamaq qərarına gəlməsindən sonra başladılmışdır. Təyyarə Amerika müdafiə şirkətlərinin köməyi ilə Aerospace Industrial Development Corporation tərəfindən dizayn və istehsal edilmişdir.

Texniki xüsusiyyətləri (F-CK-1A) Mənbə: Ekipaj: 1 Uzunluq: 14,48 m Qanad uzunluğu: 9 m Hündürlük: 4,42 m Qanad sahəsi: 24.2 m² Boş çəkisi: 6,500 kg Maksimum uçuş çəkisi: 9,072 kg Mühərrik: 2 × Honeywell/ITEC F125–70 turbofan

thumb|Çin Respublikası Hərbi Hava Qüvvələrinə məxsus olan AIDC F-CK-1A Ching Kuo Aoki-1 qırıcısı

İstinadlar Kateqoriya:İkimühərrikli reaktiv təyyarələr Kateqoriya:Reaktiv qırıcılar