– bir müddət Rusiyada yaşamış və Yaponiyaya çiçək xəstəliyi vaksinasiyasını gətirmiş şəxs.
Həyatı Nakaqava Qoroci 1768-ci ildə Yaponiyada doğulmuşdur. 1807-ci ildə Cənubi Kuril adalarında mühafizəçi və tərcüməçi kimi işləyərkən Rusiya basqınçıları tərəfindən qaçırılmış və Sibirə aparılmışdır. O, növbəti beş ilini Rusiyada keçirmişdir. Bu müddət ərzində İrkutsk şəhərində olmuş, Yaponiya haqqında olan xəritələri və sənədləri gizlicə məhv etmişdir. Yakutskda həkim köməkçisi kimi işləyərkən çiçək xəstəliyi vaksininin effektləri ilə tanış olmuşdur.
1812-ci ildə rus səyyah Vasili Qolovnin ilə birlikdə Yaponiyaya səyahət etmişdir. Qolovnin Kunaşir adasında olanda yaponlar tərəfindən əsir götürülmüş və nəticədə, Nakaqava azadlığına qovuşmuşdur. O, Rusiya haqqında hesabat yazmış və 1824, 1835 və 1842-ci illərdə Yaponiyada baş vermiş çiçək xəstəliyi epidemiyaları zamanı Rusiyada əldə etdiyi tibbi biliklərdən istifadə etmişdir. Daha sonra Matsumae hanı tərəfindən işə götürülmüşdür.
Qeydlər
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiyada doğulanlar Kateqoriya:Yaponiya həkimləri Kateqoriya:Rusiya–Yaponiya münasibətlərinin tarixi