Antuan Tomson d' Abbadi (; ) — Fransa səyyahı. O, 1838–1848 -ci illərdə Efiopiya yaylasında kəşfiyyat işləri aparmışdır. Arno Mişel d' Abbadinin qardaşıdır.

Həyatı Antuan Tomson d' Abbadi 3 yanvar 1810-cu ildə İrlandiyada, Dublin şəhərində anadan olmuşdur. O, 1837-ci ildə maqnit iynəsinin gündəlik dalğalanmalarını öyrənmək üçün Braziliyaya göndərilmişdir. Abbadi Həbəşistan və Qallalend (oromoların yaşadığı tarixi region) ölkələrini gəzmiş və tədqiq etmişdir. O, 1867-ci ildə Fransa Elmlər Akademiyasının üzvü seçilmişdir. Abbadi 1882-ci ildə Santo-Dominqoda Veneranın Günəşin üzərindən keçməsini müşahidə etmişdir. O, 19 mart 1897-ci ildə Fransanın paytaxtı Paris şəhərində vəfat etmişdir.

İstinadlar

Əlavə ədəbiyyat Кублицкий Г. И. По материкам и океанам. Рассказы о путешествиях и открытиях. — М.: Детгиз, 1957. — 326 с.

Kateqoriya:Fransa səyyahları Kateqoriya:Fransa dilçiləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri