Suk-Əhras () — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi.

Etimologiya Toponim iki sözün birləşməsindən yaranmışdır. Ərəb dilində "suk" bazar, bərbər dilində "əhra" (cəmdə "əhras") şir deməkdir.

Coğrafi mövqe Şəhər vilayətin şimal-qərb hissəsində, Ores massivinin dağlıq ərazisində, dəniz səviyyəsindən 699 metr yüksəklikdə yerləşir.

Suk-Əhras ölkənin paytaxtı Əlcəzairdən təxminən 440 kilometr şərq-cənub-şərqdə yerləşir.

Əhalisi 2008-ci ilin siyahıyaalınmasına əsasən əhalinin sayı 155,259 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası:

+ 1977 1987 1998 2008 2012 57,173 80,015 116,655 155,259 180,572

Əhalinin etnik tərkibində bərbərlər üstünlük təşkil edir.

Nəqliyyat Ən yaxın hava limanı Ənnabə şəhərində yerləşir.

İstinadlar

Kateqoriya:Əlcəzair şəhərləri