Umm-əl-Buaqi () — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi.

Tarixi Şəhər Roma dövründə qurulmuşdur, 411-ci ildə Karfagen kafedralının sənədlərində "Makomada" və ya "Makomadiya" adı ilə qeyd edilmişdir. Fransa hökmranlığı dövründə şəhər general Fransua Sertin Kanrobertin şərəfinə Kanrobert adlandırılmışdır. Ölkə müstəqillik əldə etdikdən sonra indiki adını almışdır. Bu ad ərəb dilində "yerlilərin anası" mənasını verir. Alimlərə görə, bu, şəhərin bərbər dilindəki adının təhrid edilmiş variantıdır.

Coğrafi mövqe Şəhər vilayətin mərkəzi hissəsində, Ores dağ silsiləsi ərazisində, dəniz səviyyəsindən 902 metr yüksəklikdə yerləşir.

Umm-əl-Buaqi ölkənin paytaxtı Əlcəzairdən təxminən 375 kilometr şərq-cənub-şərqdə yerləşir.

Əhalisi Siyahıyaalmaya əsasən, 2008-ci ildə əhalinin sayı 80,359 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası:

+ 1977 1987 1998 2008 2012 15,123 36,937 59,795 80,359 94,507

Nəqliyyat Eyniadlı hava limanı şəhərdən 7 kilometr şərqdə yerləşir.

İstinadlar

Kateqoriya:Əlcəzair şəhərləri