Mila () — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi.

Coğrafi mövqe Şəhər vilayətin şimal hissəsində, Atlas dağlarının yüksəkliklərində, Ued-Qumel çayının cənubunda yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 486 metr yüksəkdir.

Mila ölkənin paytaxtı Əlcəzairdən təxminən 285 kilometr şərqdə yerləşir.

Əhalisi 2008-ci il siyahıyaalınmasında əhalinin 69,052 nəfər olduğu bildirilmişdir. İllər üzrə şəhər əhalisinin dinamikası:

+ 1977 1987 1998 2008 2012 17,267 35,942 60,089 69,052 77,357

Nəqliyyat Ən yaxın hava limanı Telerqma şəhərində yerləşir.

İstinadlar

Kateqoriya:Əlcəzair şəhərləri