Beirbekkinq (ingilis dilində Bareback) seks xüsusən də kişi ilə kişinin arasında baş verən anal seks zamanı prezervativ istifadə edilmədən həyata keçirilən fiziki cinsi fəaliyyətdir. Jarqon termin olan Beirbekkinq seks termini, ingiliscə at sürmək üçün istifadə edilən bareback (yəhərsiz) sözündəndir və at sürərkən atı yəhərsiz sürənlər üçün istifadə olunur. Buna görə də, onun vəhşi, təhlükəli və əyləncəli olması çağırışını ifadə etdiyini bildirirlər. Beirbekkinq adətən seks zamanı prezervativdən istifadəni dayandırmaq üçün şüurlu və düşünülmüş seçimi ifadə etmək üçün istifadə olunur.

Etimologiyası

Terminin ilk dəfə nə vaxt (cinsi jarqon kimi) istifadə edildiyi məlum deyildir, lakin onun 1968-ci ildə çap mediasında ilk dəfə görünməsi ilə istifadəsi 1960-cı illərdə sürət qazanmışdır. Termin, G.İ. tərəfindən Vyetnam müharibəsi zamanı prezervativsiz seks üçün istifadə edilmişdir. O, 1972-ci ildə Playboy's Book of Forbidden Words: A Liberated Dictionary of Improper English jurnalına daxil edilmişdir. Bu termin 1980-ci illərə qədər çap mediasında vaxtaşırı meydana çıxmış və sonralar QİÇS epidemiyası kontekstində müzakirə obyektinə çevrilmişdir. Prezervativsiz sekslə bağlı mübahisələrin artmasına qədər LGBT mədəniyyətində 1997-ci ilə kimi, geniş istifadə edilməmişdir.

Həmçinin bax

Missioner pozası

İstinadlar

Kateqoriya:Cinsi əlaqə Kateqoriya:Cinsi davranış Kateqoriya:LGBT terminləri