Rud van Nistelroy — niderlandlı peşəkar futbol məşqçisi və keçmiş futbolçu. Bütün zamanların ən yaxşı hücumçularından biri kimi tanınan van Nistelroy UEFA Çempionlar Liqasının üç ayrı mövsümündə ən çox qol vuran futbolçu və 56 qolla yarışın tarixində ən çox qol vuran altıncı oyunçu olub. O, bundan başqa daha üç fərqli Avropa liqasının da ən çox qol vuran futbolçusu olub. 2004-cü ildə, FIFA 100-də o, dünyanın yaşayan ən yaxşı futbolçularının siyahısına daxil edilmişdir.
Van Nistelroy karyerasına "Den Boş" klubunda başlamış, iki Erediviziya titulu qazandığı "PSV Eyndhoven" klubundakı çıxışı ilə tanınmışdır. Onun "PSV"-dəki qol rekordu "Mançester Yunayted"in diqqətini çəkmiş, nəticədə 2000-ci ilin yayında klub onunla müqavilə bağlamışdır. Lakin zədə problemlərinə görə onun transferi bundan bir il sonra Britaniyanın ovaxtkı rekord məbləği olan 19 milyon funt sterlinq qarşılığında reallaşıb. Nistelroyun "Yunayted"dəki fəaliyyəti uğurlu olub: o, Premyer Liqa, Federasiya Kuboku, Liqa Kuboku və Superkubokun qalibi olmuş və iki dəfə Ser Mett Basbi adına İlin Oyunçusu mükafatını qazanmışdır. Van Nistelroy "Yunayted" üçün ümumiliikdə 219 oyunda 150 qol vurub və o zamanlar Avropanın bütün zamanlarının rekordçusu olub. 2006-cı ildə o, "Real Madrid"də çıxış etməyə başlayıb. O, 2010-cu ilin yanvarında "Hambur"a transfer edilməsinə qədər "Real Madrid" ilə iki dəfə La Liqa və İspaniya Superkubokunu qazanıb. Nistelroy "Hamburq"da keçirdiyi bir yarım mövsümdən sonra 2011-ci ilin yayında "Malaqa" klubuna transferi ilə yenidən İspaniyaya qayıdıb. O, 2012-ci ildə futbolçu kimi kayerasını yekunlaşdırıb.
Beynəlxalq oyunlarda Van Nistelroy Hollandiyanı 70 oyunda təmsil edib və 35 qola imza atıb. O, Hollandiyanın Avro 2004, 2006 Dünya Kuboku və Avro 2008 komandalarında çıxış edib.
Məşqçilik karyerası 2022-ci ilin martında Van Nistelroy "PSV" klubunda Rocer Şmidtin yerinə baş məşqçi təyin edildi . O, 2022–23 mövsümündən başlayaraq üç illik müqavilə imzalayıb. [ 140 ] 2022-ci il Johan Cruyff Shield və 2022–23 KNVB Kubokunu qazandı. 11 iyul 2024-cü ildə Nistelroy iki illik müqavilə əsasında Premyer Liqa klubu "Mançester Yunayted"də köməkçi məşqçi təyin edildi. Əvvəlcə ona baş məşqçi Erik ten Haqla yanaşı işləmək tapşırılsa da, Haqın oktyabrın 28-də işdən çıxarılmasından sonra o, müvəqqəti baş məşqçi təyin edildi. İki gün sonra klub onun rəhbərliyi altındakı ilk oyununu oynadı və İngiltərə Liqa Kubokunda "Lester Siti"ni 5–2 hesabı ilə məğlub etdi. Onun rəhbərliyi ilə klub noyabrın 7-də "PAOK"-a 2–0 hesabla qalib gələrək 13 ay sonra ilk Avropa qələbəsini qazandı. Onun rəhbərlik etdiyi son oyunda isə "Lester Siti" 3–0 hesabı ilə məğlub edildi. Yeni baş məşqçi Ruben Amorimin gəlişindən sonra Van Nistelroy klubu tərk etdi. O, klubun müvəqqəti baş məşqçisi kimi fəaliyyətini dörd matçda üç qələbə və bir heç-heçə ilə başa vurdu. 29 noyabr 2024-cü ildə Van Nistelroy 2027-ci ilin iyun ayına qədər davam edən iki il yarımlıq müqavilə ilə Premyer Liqa klubu "Leicester City" klubunun baş məşqçisi təyin edildi. 3 dekabr 2024-cü ildə o, klubun baş məşqçisi kimi ilk qələbəsini doğma meydanda debüt oyununda "West Ham"a qarşı keçirdi və 3–1 qalib gəldi.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Niderland futbolçuları Kateqoriya:Den Bosx FK futbolçuları Kateqoriya:Real Madrid FK futbolçuları Kateqoriya:Mançester Yunayted FK futbolçuları Kateqoriya:Piçiçi mükafatı qalibləri Kateqoriya:Legioner Niderland futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Erediviziya futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Niderlandın kişi futbolçuları Kateqoriya:Malaqa FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:UEFA Avro 2008 futbolçuları Kateqoriya:UEFA Avro 2004 futbolçuları Kateqoriya:2006 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Birinci Diviziya/Premyer Liqa bombardirləri Kateqoriya:İngiltərə Federasiya Kuboku finalı futbolçuları Kateqoriya:Mançester Yunayted FK məşqçiləri Kateqoriya:İngiltərə Premyer Liqası məşqçiləri Kateqoriya:Hamburq FK futbolçuları Kateqoriya:Niderland milli futbol komandasının oyunçuları Kateqoriya:FİFA 100 Kateqoriya:UEFA Çempionlar Liqasının bombardirləri Kateqoriya:Niderland futbol məşqçiləri Kateqoriya:Erediviziya məşqçiləri Kateqoriya:PSV Eyndhoven FK futbolçuları Kateqoriya:İngiltərədə legioner futbolçular Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:2010 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular Kateqoriya:Niderlandlı legioner kişi futbolçular Kateqoriya:Niderland Birinci Diviziyası futbolçuları Kateqoriya:Heerenveen FK futbolçuları