Suriyada "Müsəlman Qardaşlığı" () — "Müsəlman Qardaşlığı" təşkilatının Suriya qolu. "Müsəlman Qardaşlığı"nın Suriya qolu təşkilatın Misirdən kənarda qurulan ilk qoludur.
Fəaliyyəti 1950-ci illərdə hərəkatın nümayəndələri Suriya hakimiyyətinə müxalifət olaraq qalaraq parlamentdə yer də qazanmışdılar. "Müsəlman Qardaşlığı"nın Suriya qolu 1970-ci illərin ortalarından əhəmiyyətli dərəcədə radikallaşmışdır. Hərəkatın 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində hökumət qüvvələrinə və təşkilatlarına qarşı bir sıra hücumlara görə məsuliyyət daşıdığı qeyd edilmişdir.
Həmada qiyam 1982-ci ilin fevralında "Müsəlman Qardaşlığı" Həmada böyük qiyam təşkil etmişdir. Üsyan prezident Əsədin qardaşı Rifatın komandanlığı altında 8 minlik ordu tərəfindən hava qüvvələri və tank bölmələrinin dəstəyi ilə yatırılmışdır. Bu hadisə Həma qırğını olaraq bilinir. Müxtəlif mənbələrə görə silahlı toqquşmalar zamanı 3 mindən 20 minə qədər insan həlak olmuşdur.
Qiyamın hökumət qoşunları tərəfindən yatırılmasından sonra terrorçuların fəaliyyəti puça çıxmışdır. 1985-ci ildə Adnan Okla və dəstəsinin qalıqları hakimiyyətə təslim olmuşdur. Hərəkatın əsas simaları ölkədən qaçmışdır.
İstinadlar
Kateqoriya:Suriya siyasi partiyaları Kateqoriya:İslamizm Kateqoriya:İslamçı partiyalar Kateqoriya:Partizan hərəkatları Kateqoriya:Suriyada vətəndaş müharibəsi Kateqoriya:Qadağan olunmuş siyasi partiyalar