– Yaponiya hüquqşünası. Konstitusional və inzibati hüquq sahəsindəki fəaliyyətinə görə tanınır.

Həyatı Sasaki Soiçi 1878-ci ildə Yaponiyanın Tottori prefekturasında doğulmuşdur. 1903-cü ildə Kioto Universitetindən məzun olmuş və burada mühazirələr verməyə başlamışdır. 1909-12-ci illərdə Almaniya və Fransada inzibati hüquq üzrə təhsil almışdır. 1913-cü ildə Kioto Universitetində professor olmuşdur. Lakin akademik azadlığın pozulmasına və həmkarı Takikava Yukitokinin universitetdən qovulmasına görə universiteti tərk etmişdir. Daha sonra Ritsumeykan Universitetinin prezidenti seçilmişdir.

İkinci dünya müharibəsindən dərhal sonra Sasaki və Konoe Fumimaro Yaponiya möhürünün qoruyucusu tərəfindən Meyci konstitusiyasına dəyişiklik təklif etməklə vəzifləndirilmişdirlər.

Sasakinin konstitusional və inzibati hüquq haqqında şərhləri xırda məntiq və obyektivliklə xarakterizə olunur. O, 1952-ci ildə "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur. Əsas əsərlərinə "Yaponiyanın inzibati hüququ" (1924), "Yaponiya konstitusiyasının mahiyyəti" (1933) və "Yaponiya konstitusiyası" (1949) aiddir.

Qeydlər

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Tottori prefekturasında doğulanlar Kateqoriya:Yaponiya hüquqşünasları Kateqoriya:"Müqəddəs xəzinə" ordeni ilə təltif edilənlər Kateqoriya:Yaponiya Elmlər Akademiyasının üzvləri Kateqoriya:Kioto Universitetinin müəllimləri