Təbrizin sehrli nağılları — Təbriz miniatür sənətindən və orta əsr Azərbaycan incəsənəti salnaməsindən bəhs edən kitab.
Haqqında və məzmunu Mədəniyyət və Turizm Nazirliyi, "Paşa Həyat Sığorta" ASC-nin və BP Azərbaycan şirkətinin dəstəyi ilə "IRS Publishing House" tərəfindən Azərbaycan və ingilis dillərində nəşr edilib. "İrs" jurnalının baş redaktoru Musa Mərcanlının layihəsi ilə sənətşünaslıq doktoru Cəmilə Həsənzadənin tədqiqatları əsasında hazırlanan kitab dünya incəsənəti tarixində özünəməxsus yeri olan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənətinə həsr edilib. Təbriz miniatür sənəti haqlı olaraq orta əsr Azərbaycan incəsənəti salnaməsinin ən maraqlı səhifələrindən biri sayılır. Orta əsrlərdə Azərbaycan ədəbiyyatında və incəsənətində bir intibah dövrü yaşanıb. Həmin dövrdə Nizami Gəncəvinin "Xəmsə"sinə və Firdovsinin "Şahnamə" əsərinə çəkilmiş miniatürlər geniş yayılıb. Bu sənətin yaradıcıları məşhur Təbriz məktəbini formalaşdırıblar. Təqdim olunan nəşr həm qədim, həm də müasir dövrün mənzərəsini birləşdirən bir əsərdir. Kitab təsviri sənət sahəsində çalışanlar, mədəniyyət işçiləri, gənclər, ümumən geniş oxucu kütləsi üçün nəzərdə tutulub. "İrs" jurnalının baş redaktoru Musa Mərcanlı kitabı qədim və müasir dövrümüzü birləşdirən nəşr kimi qiymətləndirərək, bu sahədə işlərin davamlı olacağını bildirlb: Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə Regionu üzrə hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimli "Təbrizin sehrli nağılları" yenidən dünyanı dolaşır" adlı məqaləsində yazır:
Kitab ətrafında qalmaqal və reaksiyalar 20 iyul 2022-ci ildə İsrailin Azərbaycandakı səfiri Corc Dik "Təbrizin sehrli nağılları" adlı kitabla bağlı "Twitter" səhifəsində paylaşım edərək, İranın Azərbaycandakı səfiri Abbas Musəvi İsrailin Azərbaycandakı səfiri Corc Dikin tvitinə cavab verib.
ABŞ Milli Təhlükəsizlik Şurasında, eyni zamanda Corc Buşun (kiçik) hakimiyyəti dövründə ABŞ Müdafiə Nazirliyində dövlət katibinin ictimai diplomatiya üzrə köməkçisinin müavini işləmiş Maykl Doran tviter hesabında İsrail səfiri Corc Diki dəstəkləyib:
Kitabın müəllifi Cəmilə Həsənzadə kitabı yazarkən belə bir qarşıdurmanın yaşanacağını ağlına belə gətirmədiyini deyib.
Kitabın təqdimatı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 2019-cu il noyabrın 27-də Romada təşkil etdiyi "Zorakılıqdan azad: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində sülh, təhlükəsizlik və münaqişələrin qarşısının alınması" beynəlxalq tədbiri çərçivəsində Vatikanda Papa Fransiskə təqdim edilib. 2019-cu il noyabrın 29-da Romada İtaliya prezidenti Serco Mattarellaya qiymətli hədiyyə olaraq təqdim edilib. 2020-ci ilin yanvar ayında Nizami Gəncəvi Mərkəzinin keçirdiyi beynəlxalq tədbirlərdə "Təbrizin sehrli nağılları" kitabı ilə Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas, Andorranın Baş Naziri Xavier Espot Zamora və Nobel mükafatı laureatı, uşaq hüquqlarını müdafiə edən fondun və digər ictimai fəaliyyətlə məşğul olan təşkilatların yaradıcısı hindistanlı Kailaş Satyarthi, BP-nin Baş İcraçı Direktoru Robert Dadli, OPEC-in Baş katibi Məhəmməd Barkindo, dünya şöhrətli fotoqraf Reza Deqati, BMT-nin sülh elçisi, tanınmış musiqiçi və bəstəkar Sami Yusuf, Xəzərin fatehi, Azərbaycan neft sənayesinin canlı əfsanəsi Xoşbəxt Yusifzadə, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rəfael Hüseynova hədiyyə olunub.
Həmçinin bax Təbriz miniatür məktəbi Kəmaləddin Behzad Sultan Məhəmməd
İstinadlar