Belaya Rus () — Belarus Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Şou üçün L-39 Albatros təyyarələrindən istifadə olunur. Təyyarələr qırmızı, ağ və yaşıl rənglərlə boyanıb. Komanda Belarus Respublikasında bayram günlərində çıxış edir.
Tarixi Komanda 2006-cı ildə Ukraynadan 10 Çexiya istehsalı olan L-39 Albatros təlim təyyarəsi alındıqdan sonra yaradılıb. Həmin təyyarələr aviaşoularla yanaşı, Belarus Respublikası Hərbi Akademiyasının aviasiya kafedrasının kursantları üçün təlim təyyarəsi rolunu da yerinə yetirir.
İstinadlar
Kateqoriya:Aerobatika komandaları