Batna (, ) — Əlcəzairin şimal-şərqində şəhər, Batna vilayətinin inzibati mərkəzi. Batna Əlcəzairin beşinci ən böyük şəhəri, Ores dağ silsiləsindəki ən böyük şəhərdir.
Şəhər ölkənin paytaxtı Əlcəzair şəhərindən , Konstantin şəhərindən isə məsafədə yerləşir. Batnanın sahilə nisbətən yaxın yerləşməsinə baxmayaraq, şəhərin yerləşdiyi hündürlük dəniz səviyyəsindən bir kilometrdən çoxdur. Bu baxımdan şəhərdə qış kifayət qədər soyuq, qarlı keçir.
Batna Əlcəzairin 1954-cü ildə ölkənin müstəqilliyi uğrunda müharibənin başlanğıcını qoyan hadisələrin baş verdiyi şəhərlərdən biridir. 1 noyabr 1954-cü ildə şəhərdəki hərbi obyektlər istiqlalçıların dəstələri tərəfindən hücuma məruz qalmışdır. Əlcəzair müstəqillik əldə edənə qədər üsyançı komandanlıq şəhərdə yerləşirdi.
İstinadlar
Xarici keçidlər
Журнал "Вокруг света". Ветер над Батной
Kateqoriya:Əlcəzair şəhərləri Kateqoriya:Batna (Əlcəzair)