Evaristo Feliç Dal Abako (; ) — İtaliya barokko bəstəkarı, skripkaçı və violonçel ifaçısı.

Həyatı Evaristo Feliç Dal Abako 12 iyul 1675-ci ildə İtaliyanın Verona şəhərində anadan olmuşdur. O, ilk növbədə Cuzeppe Torellinin, sonra isə Tomazo Antonio Vitalinin tələbəsi olmuşdur. Abako 1704–1715-ci illərdə Bavariya kürfüstünün sarayında musiqiçi kimi çalışmış, onunla birlikdə Brüsselə səfər etmiş, 1715-ci ildə isə sarayın konsert ustası olmuşdur. Simli alətlər və "basso continuo" (fasiləsiz bas) üçün iyirmi dörd "camera" (kameralı) sonata, on "concerti da chiesa" (kilsə konserti), on iki "a tre" (üçlü) sonata və on iki "concerti à più istrumenti" (bir çox alətlər üçün konsert) bəstələmişdir. O, bu əsərlərində italyan, fransız və alman ənənələrini birləşdirmişdir.

Nəşr olunmuş əsərləri Opus 1:12 Sonate da Camera, skripka, violonçel və ümumi bas üçün (basso continuo) Opus 2: 12 Concerti à quattro da Chiesa Opus 3: 12 Sonate da Chiesa à tre Opus 4: 12 Sonate da Camera skripka və violonçel üçün Opus 5: 6 Concerti à più Istrumenti Opus 6: 12 Concerti à più Istrumenti Serenata à 4 voci construmenti Köln kürfürstü Klement Avqustun ad günü üçün bəstələnmişdir.

İstinadlar

Xarici keçidlər Биография на hoasm.org Биография в Музыкальной энциклопедии Биография в энциклопедии Treccani.

Kateqoriya:İtaliya klassik musiqiçiləri Kateqoriya:XVII əsr bəstəkarları Kateqoriya:XVIII əsr bəstəkarları Kateqoriya:İtaliya barokko bəstəkarları Kateqoriya:İtaliya skripkaçıları