Georgi Adamiya (; ) — keçmiş Gürcüstan futbolçusu. O, Gürcüstan və Azərbaycan klublarında, hücumçu mövqeyində çıxış etmişdir.

Klub karyerası Giorgi Adamiya idman karyerasına Gürcüstanda "TSU" və "VİT Corciya" klublarında başlamışdır. O, 2004-cü ildə VİT Corciya"nın heyətində ilə Gürcüstan çempionu olmuşdur.

Adamiya bundan sonra Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi"yə transfer olmuşdur. O, "Neftçi" ilə bir dəfə Azərbaycan çempionu olmuş, bir dəfə isə ikinci yerdə qərarlaşmışdır. Adamiya həmçinin, 2005-ci ildə Birlik Kuboku matçında ikinci yeri tutmuş və müsabiqənin bombardiri olmuşdur. O, 2006-cı ildə komandasına Birlik Kubokunu qazanmağa kömək etmişdir.

"Neftçi"də beş mövsüm keçirən Adamiya "Bakı" klubuna transfer olmuş, daha sonra "Qarabağ" və "İnter" klublarında çıxış etmişdir. O, "Qarabağ"ın heyətində 18 qolla 2010–11 Azərbaycan çempionatı mövsümünün bombardiri olmuşdur.

Adamiya 2013/14 mövsümünün başlamazdan əvvəl Gürcüstana qayıtmış, "Zestaponi" və "Sioni" komandalarında çıxış etmişdir.

Nailiyyətlər Gürcüstan çempionu: 2004Georgia 2003/04  — RSSSF Azərbaycan çempionu: 2005Azerbaijan 2004/05  — RSSSF Azərbaycan ikincisi: 2007Azerbaijan 2006/07  — RSSSF

İstinadlar

Kateqoriya:Gürcüstan futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycanda legioner Gürcüstan idmançıları Kateqoriya:Gürcüstanın kişi futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular