Ket-Aylend () — Baham adalarında ada və rayon. Baham adalarının mərkəzi hissəsində yerləşir.
Coğrafiya Baham adalarının ən yüksək nöqtəsi Ket-Aylenddə yerləşir. Alverniya təpəsinin yüksəkliyi 63 metrdir. Təpənin zirvəsində Ermitaj monastırı yerləşir.
Tarixi Yazılı qeydlər tapılana qədər Ket-Aylendin Kristofer Kolumbun Amerikanı kəşf edəndə çatdığı ilk ada olan Quanahani olduğuna inanılırdı.
Əhali Əsas yaşayış məntəqələri Artur-Taun, Oranc-Krik və Por-Haudur. Əhalisi 1,503 nəfərdir.CAT ISLAND POPULATION BY SETTLEMENT AND TOTAL NUMBER OF OCCUPIED DWELLINGS: 2010 CENSUS - Bahamas Department of Statistics
İnzibati bölgü Ket-Aylend Baham adalarının 32 rayonundan biridir. Rayonun inzibati mərkəzi Artur-Taundur. Rayonun sahəsi 388 km2-dir.
İstinadlar
Kateqoriya:Baham adalarının adaları Kateqoriya:Atlantik okeanın adaları