Düşənbə ( — tərc. bazar ertəsi) — Tacikistan Respublikasının paytaxtı, respublika əhəmiyyətli şəhər. Şəhər ölkənin ən böyük elmi-mədəni, siyasi, iqtisadi, sənaye və inzibati mərkəzidir. Düşənbədə ölkənin ən yüksək hakimiyyət orqanları yerləşir. Respublika Prezidentinin Administrasiyası, Tacikistan Parlamenti və Prezident sarayı bu şəhərdə yerləşir.
Tarixi " Düşənbə " adlı yaşayış məntəqəsi ilk dəfə olaraq XVII əsrin sonuna aid məxəzlərdə xatırlanır.Главная научная редакция Таджикской Национальной Энциклопедии, Душанбе 2004, " Энциклопедия города Душанбе " Исторический очерк, Древний, средневековый и новый периоды, стр. 25
Bu yaşayış məntəqəsi 1826-cı ildə " Düşənbə — Kurqan" adlanırdı.
1924-cü ildə Düşənbə (keçmişdə " Düşənbə — Bazar " () ) kəndi , Səriasya və Şahmənsur kəndləri ilə birləşdirilərək Düşənbə qışlağı yaradıldı.
1925-ci ildə Düşənbə qışlağının yerində Düşənbə şəhəri təşkil edildi.
16 oktyabr 1929-cu ildə adı dəyişdirilərək Stalinabad adlandırılmış, Stalinin ölümündən sonra 1961-ci ildə şəhərin tarixi adı özünə qaytarılaraq Düşənbə adı bərpa edilmişdir.Географическая энциклопедия: Душанбе
Ərazisi 1 yanvar 2012-ci ilə olan rəsmi məlumata əsasən şəhər 126.6 km² ərazini əhatə edir.
İnzibati-ərazi bölgüsü 1 yanvar 2012-ci ilə olan məlumatlara əsasən şəhər inzibati cəhətdən 4 rayona bölünür: 1. Sina rayonu (): Ərazisi: 43.8 km² Əhalisi: 285.4 min nəfər 2. Firdovsi rayonu (): Ərazisi: 29.1 km² Əhalisi: 183.3 min nəfər 3. Şahmənsur rayonu (): Ərazisi: 27.9 km² Əhalisi: 147.3 min nəfər 4. İsmayıl Samani rayonu (): Ərazisi: 25.8 km² Əhalisi: 131.6 min nəfər
Əhalisi 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən əhalisi 747.6 min nəfər əhalisi var.Исполнительный орган местной государственной власти в городе Душанбе: Информация: Общая информация
Milli tərkibi 2010-cu il siyahıyaalınmasının yekunlarına əsasən şəhər əhalisinin 83.4 %-ini taciklər, 9.1 %-ini özbəklər, 5.1 %-ini ruslar, 2.4 %-ini isə digər millətlərin nümayəndələri təşkil edir.
Həmçinin bax Düşənbə hadisələri
İstinadlar
Kateqoriya:XVII əsrdə yaranan yaşayış məntəqələri